Yeni İpək Yolu layihəsinin perspektivləri: Azərbaycandan bundan necə yararlanacaq? - ŞƏRH

Siyasət 14:05 30.04.2024

Ötən həftənin əvvəlində prezident Ərdoğanın İraqa səfəri çərçivəsində Türkiyə ilə İraq arasında yol inkişafı layihəsinə dair müqavilə imzalanıb. Onun məqsədi Fars körfəzindən Türkiyəyə qədər uzanmaq və oradan da Avropa qitəsi ilə birbaşa əlaqə yaratmaqdır. Bu layihə Yeni İpək Yolu kimi qiymətləndirilir. Bəs, bu layihə yaxın gələcəkdə qlobal iqtisadiyyatda nəyi dəyişə bilər? Bu layihənin imkanları nələrdir?

İqtisadi ekspert Dr. Məhəmməd Əli İbrahim hesab edir ki, bu regiondakı ölkələrə fayda qazandırmağı bacarsa da, gələcəkdə qlobal iqtisadiyyata təkan verə biləcək bir layihə deyil:

a0fa00f2-37d8-4774-962d-a779bf7e4b66.jpg

“Əlbəttə ki, bu, “Qalibi İnkişaf Mərkəzi” kimi yaxşı layihədir, lakin beynəlxalq arenaya çox şey qatmayacaq, bildiyiniz kimi, qitədən Avropaya gedən ticarət bu cür yolla deyil, o, fəaliyyətini quruda və ya dəmir yolu vasitəsilə davam etdirəcək, buna görə də ticarətin həcmi çox məqbuldur. Lakin bütün hallarda bu iki ölkə üçün əhəmiyyəti böyükdür, yeni marşrutlar açılacaq, lakin mən düşünmürəm ki, bu, qlobal ticarətin böyük bir hissəsini cəlb edəcək, çünki hamının bildiyi kimi, bu gün konteynerlər daşıyan bir gəmi 24 min konteyner götürmək bacarığı var. Heç bir qatarın isə o qədər tutumu yoxdur. Yəni nə qədər etsə də 200 qayığı ötməyəcək. Amma bu yol ilə daşına bilən konteyner növləri var. Bunun üçün də su dəhlizinin quruya inteqrasiyası mövcud olmalıdır. Hərçənd bu yeni tikinti, yeni şəhərlərin salınması üçün üfüqlər açır və bu, şübhəsiz ki, regional ticarəti artıracaq. Hətta bu, Azərbaycanda da real inkişafa yol açacaq. Məsələn Azərbaycan vasitəsilə mövcud və planlaşdırılan ticarət yolları da bura bağlanaraq ticari əlaqələrin möhkəmlənməsinə təkan verə bilər”.

İqtisadçı ekspert və Atatürk Universitetinin Prof. Dr. Kərəm Qarabulut isə bu layihənin regionda, Azərbaycan da başda olmaqla bir çox ölkələrə fayda verəcək və əmin – amanlıq gətirəcək:

keremmmmm.jpg

"İnkişaf Yolu Layihəsi" və ya "Yeni İpək Yolu Layihəsi" olaraq da bilinən Bəsrədən (İran körfəzi) Türkiyəyə quru və dəmir yolu əlaqəsini əhatə edən layihə həm Türkiyə, İraq və həm də 1200 km – lik əhatədə yerləşən hər bir ölkənin fayda qazanacağı bir layihədir. Bu layihə Qars-Tbilisi-Bakı və Qars-İğdır-Naxçıvan-Bakı yollarına alternativ kimi qəbul edilməməlidir. Əksinə, o yolların tamamlayıcısı kimi qəbul edilməlidir. Bu layihələr Türkiyənin Asiya ilə Avropa arasında körpü rolunu oynayan strateji mövqeyinin, regional və dünya siyasi iqtisadiyyatına tətbiqinin nəticəsidir. Bu yolların yerləşdiyi bölgələrdən birində yarana biləcək problem olduğu halda, digəri səmərəli işlədəcək və bununla da müəyyən mənada “davamlılıq” təmin olunacaq. Beləliklə, Türkiyənin Asiya və Avropa arasında əsas rolu güclənəcək. Bu, siyasi, iqtisadi və beynəlxalq təsir baxımından üstünlüklər verəcək. Çünki dəniz nəqliyyatından başqa ən təsirli inkişaf yolunun “Dəmiryolu Şəbəkəsinin qurulması” olduğunu artıq bilirik və Türkiyənin həm daxildə, həm də beynəlxalq miqyasda həyata keçirməyə çalışdığı dəmir yolu əlaqələri ilə gələcəyə dair planlar qurduğunu söyləmək olar. Təbii ki, bilmək lazımdır ki, bu cür layihələr heç bir ölkənin ziyanına vəziyyət yaratmır. Bundan əlavə, demək olar ki, Türkiyə İraq üzərindən həyata keçirəcəyi bu İnkişaf Yolu Layihəsi ilə 40 ilə yaxındır mübarizə apardığı terror problemini İraqla birlikdə aradan qaldırmağı hədəfləyir. Artıq “İnkişaf Yolu Layihəsi” adlanır. Bu yolda inkişafa və sabitliyə nail olunmaqla, ölkələr arasında əməkdaşlığı yaxşılaşdırmaqla terror təşkilatlarının yaşayış sahələri aradan qaldırılacaq".

Əkbər Novruz

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Hamısı