Polşa nüvə paylaşımı proqramına müraciət edərək Amerika nüvə silahlarının yerləşdirilməsini rəsmi olaraq dəvət etdi.
Ednews - un məlumatına görə, bu barədə Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski yerli TV-nin efirində bildirib.
Andrzey Duda Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki,“RMF24” radiosuna müsahibəsində istefada olan polşalı general Yaroslav Kraşevski də qeyd edib ki, Polşanın uzun illərdən sonra ilk dəfə olaraq nüvə dövləti statusu alması və öz ərazisində nüvə silahı yerləşdirməsi ehtimalı reallaşır. Onun dediyinə görə, bu ssenari ABŞ-ın nüvə silahlarının NATO ölkələrinin ərazisinə yerləşdirilməsini nəzərdə tutan Nüvə mübadiləsi proqramı çərçivəsində həyata keçirilə bilər. O, qeyd edib ki, Varşava bunu gələcək illər üçün prioritet hesab edir.
Əkbər Novruz