Moskva görüşü... – Növbəti məsələ Zəngəzur dəhlizidir? – Politoloq ANALİZ EDİR

Siyasət 10:20 22.04.2024

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada görüş baş tutacaq. Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra iki ölkə arasındakı danışıqlar diqqəti cəlb edir.

Bəs görəsən görüşdən gözləntilər nələrdir? 

Görüş öncəsi Ednews-a şərh bildirən politoloq Şəbnəm Həsənova qeyd etdi ki, mayın 1-də Rusiya Prezidenti Vladimir Putinin inaqurasiya mərasimi olacaq. Məhz bundan öncə, həm də davamında Qərb də olmaqla çox önəmli zaman kəsiyində cənab Prezident İlham Əliyevin əvvəl Rusiyaya, sonra isə Almaniyaya yollanması tutduğumuz mövqe də daxil olmaqla qəti təsadüf deyil. Səfərlərin ardıcıllığı qədər, bu vaxta qədər baş verən proseslərə məhz geniş rakursdan nəzər yetirməkdə fayda var:

“Almaniya kansleri Olaf Şoltzla Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü baş tutdu. Çin lideri Avropadan ticarət müharibəsini dayandırmasını istədisə, müqabilində alman kansler ondan Rusiyanın müharibəni dayandırmasını istədi. Burada daha böyük məsələlər  başa düşülməli və tərəflərin istəyinin həcmi nəzərə alınmalıdır. O faktı da nəzərə alaq ki, Rusiya ilə görüşməyə can atan qarşı tərəfdir. Üstəlik Si Cinpin alman kanslerlə görüşdə məhz Avropanın Rusiyanı masaya dəvət etməli olduğuna dair əhəmiyyətli işarə, ipucu verdi. Sadə dildə deyək ki, atılmalı olan addımın sırasını, məsələnin həllinin yolunu göstərdi. Qərb mediası isə belə şərh edir ki, Avropa ticarət proteksionizminə geri döndüyünə görə Şoltz Çin liderindən şillə yedi. Hər nə qədər dövlət mediası Çin prezidenti ilə çay və gəzintidən ibarət mehriban şərait təsvir etməyə çalışsa da, Pekinin Avropanın yaşıl texnologiyaya qarşı yaxınlaşan müharibəsi ilə bağlı şikayətləri Aİ-nin ən böyük iqtisadiyyatının lideri ilə görüşündə açıq-aydın görünürdü. Çinin elektrik avtomobilləri, litium batareyaları və fotovoltaik məhsullar yəni, günəş panelləri ixracı dünyanın iqlim dəyişikliyi ilə müşaiyət olunan mübarizə səyləri Cinpin tərəfindən böyük töhfə kimi dəyərləndirilir. Onu da nəzərə alaq ki, Çinin fotovoltaik məhsullar ixracı sürətlə artır”. 

Xanım politoloq vurğuladı ki, proseslərin ardıcıllığı deyərkən bu görüşü təsadüfən demədik. Çünki bundan sonra dörd kəndimiz qaytarıldı, deməli, dəhlizə doğru daha qətiyyətlə yollanırıq və deməli, bir daha aydın olur ki, nəticə heç də dar proseslərin məhsulu olmamaqla yanaşı, hər təfəkkürün bacaracağı iş də deyildi ki, bunu məhz Azərbaycan Lideri bacardı: 

“Eyni trayektoriya üzrə vurğuladığımız kimi dövlət başçımızın səfərlərinin ardıcıllığı nə qədər nəzərə alınmalıdırsa, şəxsi nüfuzu da ən az bir o qədər nəzərə alınmalı məsələdir ki, deməli, böyük dövlətlər məhz onun proseslərdəki önəmini dərk edir və hesablaşırlar. Azərbaycan öz tərəfdaşlarını nə qədər düzgün seçirsə, digər tərəflərlərdən hansı uzaqlıqda dayanmalı, onların da hansı məsafədə saxlanılmalı olduğunu bir o qədər dəqiq müəyyənləşdirir. Putinlə görüşün agendasında yeni hədəflərin deyil, konkret nəticəyə aparan bəlli məsələlərin daha qətiyyətlə müzakirə olunacağı qənaətindəyəm. Çıxılan yol da, bu yolda yanında və qarşıda olan aktorlar da bəllidir. Qeyd edilməli birinci məqam odur ki, Azərbaycan müharibədə qəti maraqlı deyil, bu səbəbdən ortaq hərbi deyil, iqtisadi hədəflərdə, həm də hər bir tərəflə maraqlıdır. Rusiya və Azərbaycan lideri ticarət dövriyyəsini artırmağa fokuslanacaqlar, çünki statistik göstəricilər istənilən səviyyədə deyil. Şimal qonşumuz regionda nəqliyyat və kommunikasiyaların açılmasını istəyir, bu, onun üçün zəruridir. Azərbaycan həm də bu zərurət üzərindən, həm də siyasi məqsədləri üçün faydalanmağı bacarır. Üçtərəfli bəyanatda hər hansı bir söz oyunu olmamaqla, məhz bütün nəqliyyat və kommunikasiyaların açılmasından söhbət gedir, Nikol Paşinyan da zamanında bunu imzalayıb. 2020-ci ildən bu günə kimi Ermənistana çox zaman tanındı, çox güzəşt edildi. Dörd kəndin azad olunması ilə göstərildi ki, onun nazı ilə oynamaq kifayətdir. Böyük işlər və aktorlar onu və Ermənistanı çox gözləyə bilmir. Azərbaycan təşəbbüskar ölkə, Lideri isə təşəbbüsçüdür. Nəqliyyat və kommunikasiyaların açılması iqtisadiyyatın şaxələnməsi, canlanması deməkdir. Məhz elə bu baxımdan da dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik Almaniya daha aktivdir, alman iş adamlarının ölkəmizə səfərini də unutmayaq. Alman hökuməti, xüsusən də Moskvanın Ukraynaya müdaxiləsi Avropanın Rusiya enerjisindən asılılığını ifşa etdikdən sonra Çinlə sıx iqtisadi əlaqələrini azaltmaq üçün təzyiqlərlə də üzləşib”. 

Ş.Həsənova hesab edir ki, Əliyevlə Putin arasında, rusdilli məktəblərin önəmi yenə vurğulanacaq:

“Çünki bəlli məsələdir ki, Qərb Rusiya iqtisadiyyatına sanksiya tətbiq etməklə kifayətlənməyib, həm də rus mədəniyyətini sıxışdırır. Həm hərbi, həm də bu amil nəzərə alınmaqla cənab Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirmişdi ki, “Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. 

Dönəcək olarsaq əvvəlki görüşə, Almaniya kansleri Si Cinpindən Ukrayna müharibəsini dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə etməyi xahiş edib, təzyiq göstərməyə çağıraraq, "Çinin sözü Rusiyada ağırlıq daşıyır" deyə bildirdi. ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük hərbi dəstəkçisi Almaniyadır. Məhz bundan sonra ABŞ-ın Ukraynaya əhəmiyyətli dərəcədə yardım ayırması ondan xəbər verir ki, deməli, Putin söz deyil, konkret "ağırlıqda" maraqlıdır, ağırlıq mərkəzinin dəyişməsində isə yumşalma olmayacaq. 

Bu məqamda maraqlı daha bir amili də vurğulayaq. Dövlət başçımız Türkiyəyə ilk rəsmi səfərini reallaşdıranda “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” demişdi. Bu ritorika tətbiq mərhələsinin gur çağındadır. Hələ üstəlik o faktı da nəzərə alaq ki, Rusiya lideri ilə Türkiyə lideri də görüşməli idi, belə bir məqamda Prezidentimizin Rusiyaya səfəri zamanı Türkiyə maraqlarının da masada olacağı, nəzərə alınacağı dəqiqdir. Orta dəhlizin reallaşması nə qədər böyük layihədirsə, zamanında dövriyyəyə buraxılan və layihə olan Ermənistan bir o qədər kiçikdir. Zəngəzur da bu dəhlizin önəmli həlqəsidir ki, sıra ilə orta zəncir, cənubi Qafqaz, Mərkəzi Asiya, ümumilikdə isə Avrasiya.

Deməli, alman kansler və Çin lideri Pekinin Diaoyutai dövlət qonaq evində dərin müzakirə deyil, mübadilə üçün gəzintiyə çıxmışdılarsa, Əliyevlə Putin görüşü daha konkret hədəflər istiqamətində reallaşacaq. Bir sözlə, Şərqin doğan, Qərbin qürub çağı”.

Oğuz 

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Hamısı