İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ

Siyasət 14:35 04.07.2025

yulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

“EDnews”  AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

 
- Hörmətli dövlət və hökumət başçıları.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.

Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.

Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilib.

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.

Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.

İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb, etnik təmizləmə həyata keçirib, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salıb.

Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayıb. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə bir edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, islam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.

Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.

Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirib.

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. "Böyük Qayıdış" Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.

Bu qətnamə ilə yanaşı, Nazirlər Şurası iclasının yekunlarına dair "İstanbul Bəyannaməsi"ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin olunması sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Xanımlar və cənablar, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.

2024-cü ildə tarixdə ilk dəfə olaraq ECO Həftəsi keçirilib. ECO Həftəsi çərçivəsində əldə edilmiş nəticələr haqqında bu gün məruzələr dinləniləcək. Eyni zamanda, keçən il tarixdə ilk dəfə ECO məkanında təşkil olunmuş COP29 konfransı keçirilib. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak edib, 77 min şəxs qeydiyyatdan keçib.

Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olub.

Azərbaycanın təşəbbüsü ilə, qeyd etdiyim kimi, ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.

ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.

2026-cı ilin Şuşa şəhərinin "ECO-nun Turizm paytaxtı" elan edilməsinə görə təşəkkürümü bildirirəm.

İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə olunacaq məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir.

Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz bu göstəriciyə görə dünyada ön sıralardayıq.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

Əziz dostlar, əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Sağ olun.

Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündə çıxış edib.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
23:07 11.07.2025
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
22:19 11.07.2025
Tələb təqaüdündən tutulan pullar hara gedir?
21:55 11.07.2025
Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər
21:24 11.07.2025
"Qarabağ" Niderland klubunu məğlub edib
20:52 11.07.2025
“Rheinmetall” Ukraynaya yeni səyyar səhra xəstəxanası verib
20:15 11.07.2025
Sahibə Qafarova Srebrenitsa qurbanlarının anım mərasimində iştirak edib
19:45 11.07.2025
“Lui Vitton”kiberhücuma məruz qalıb
19:04 11.07.2025
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə bilər
18:34 11.07.2025
PKK silahını necə yerə qoyacaq? –Analitik Baxış
18:19 11.07.2025
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim
18:02 11.07.2025
Azərbaycan Mətbuat Şurasında "Turan işığında 150 il" adlı tədbir keçirilib
17:47 11.07.2025
"Rusiya üçün "yeni sürprizlər" hazırlanır" -Müsahibə
17:32 11.07.2025
"Mənə qarşı ayrıseçkilik edildi"
17:17 11.07.2025
Acun Ilıcalı "Hall Siti"ni satır
17:02 11.07.2025
"ABŞ və Çin liderlərinin görüş ehtimalı yüksəkdir"
16:47 11.07.2025
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
16:35 11.07.2025
Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib
16:22 11.07.2025
Evlənənlər çoxalıb, boşananlar azalıb
16:07 11.07.2025
i Konstantin Strukovun qızıl imperiyası dövlətləşdirildi
15:55 11.07.2025
"Xalq" və "Respublika"-nın birləşməsi əməkdaşlarına necə təsir edəcək?
15:38 11.07.2025
ABŞ-ın Vaşinqton Universitetinin Assistent Tədqiqat Professoru Aytəkin Hüseynlinin seminarı təşkil edildi
15:23 11.07.2025
"Biz hər yerdəyik"
15:20 11.07.2025
"Ukraynaya veriləcək ABŞ silahlarının pulunu NATO müttəfiqləri verəcək"
15:05 11.07.2025
Viktor Osimhenin keçidi bu gün rəsmiləşəcək
14:50 11.07.2025
"Danone" MMC ləğv olundu
14:35 11.07.2025
Dünya Srebrenitsaya niyə susdu?
14:20 11.07.2025
ASEAN qlobal ticarət gərginliyindən narahatdır
14:05 11.07.2025
PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO
13:55 11.07.2025
Ukrayna Rusiya ordusunun 2 polkovnikini qətlə yetirdi
13:50 11.07.2025
Kanada Hərbi Hava Qüvvələrinə qadın rəhbər təyin olunub
13:35 11.07.2025
Yaşayış minimumu kriteriyaları yenilənəcək
13:20 11.07.2025
Lavrov Mertzə xəbərdarlıq etdi
13:05 11.07.2025
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
12:50 11.07.2025
Qanunsuz abortlarla bağlı yeni qanun qəbul ediləcək
12:35 11.07.2025
Ukraynanın səmasını Fransa və Böyük Britaniya qoruyacaq
12:15 11.07.2025
"Qızıml əcəl apardı" -Hovuzda boğulan balaca Nərminin anası danışdı
12:02 11.07.2025
Tramp "Supermen" oldu
12:00 11.07.2025
"Rusiya Ukraynaya 500 milyard avro ödəməlidir"
11:45 11.07.2025
Türkiyədə PKK terroru dövrünün sonu başlayır
11:30 11.07.2025
Hamısı