Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya təmsilçisi "Kayzerslautern"ə transfer olunub.
“EDnews” xəbər verir ki, 27 yaşlı forvard II Bundesliqa klubunda 10 nömrəli formanı geyinəcək.
O, yeni komandası ilə 3 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.