ABŞ-ın dövlət katibi Antoni Blinken Gürcüstanda “xarici agentlər” qanunu qəbul edən dövlət adamlarının ABŞ-a səfər etmək üçün əldə etdikləri viza prosesində əlavə məhdudiyyətlər olacağını bildirib. Bu, ABŞ-la Gürcüstan arasında münasibətləri kəskin şəkildə dəyişə bilər.
Məsələ ilə bağlı Ednews-a danışan gürcüstanlı siyasi ekspert Gia Xuxaşvili, ABŞ-da prezident seçkilərinə qədər Gürcüstanla bağlı dəqiq qərar çıxacağını gözləmədiyini bildirib:
“Bu məsələdən sonra ABŞ və Gürcüstan arasında münasibətlər təəssüf ki, kəskin şəkildə pisləşib. Onlar əməkdaşlığın bütün sahələrini bir daha nəzərdən keçirəcək. Düşünürəm ki, oktyabr seçkilərinə qədər ABŞ Gürcüstanla münasibətləri tamamilə kəsməyəcək və seçkinin nəticələrinə uyğun hərəkət edəcək.
Biz Avropa İttifaqından da oxşar sanksiyaların gələcəyini gözləyirik. Avropa İttifaqına üzvlüklə bağlı artıq bəyan edilib. Beləki, əgər bu qanun nəticə etibarilə qəbul olunarsa, Avropa ittifaqına qapılar bağlanacaq.”
Fərid