“Üç il əvvəl möhtəşəm bir şəxs, dostum Umud (BAMF prezidenti Umud Mirzəyev.red) məni Qarabağa dəvət etdi. Martın 22-də ANAMA-nın müşaiyəti ilə minalanmış ərazilərə getmək şansım oldu. Bu gözəl ərazidə 1.5 milyondan çox minanın olduğu təxmin olunur.”
Ednews xəbər verir ki, bu fikirləri “Sülhün Kökləri” təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Heydi Kühn “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında bildirib:
“Mən iki il əvvəl əldə edilmiş tərəqqini görmək üçün geri qayıtdım. Bu il, mən Qarabağa daha bir səyahət gerçəkləşdirdim. Biz bir daha minaları partlatdıq. Burada qadınlar gözəl kəndləri minalardan təmizləyirdi. Bu tarixi anda Qarabağ adlanan gözəl regionu “minaları üzümlüklərə” çevirmək planı davam edir. Bu region keçmişdə qara üzümləri ilə məşhur idisə, indi burada minalar var.”
Fərid Axund