“ANAMA tərəfindən hazırlanan III Beynəlxalq Minatəmizləmə Konfransındayıq. 30 may Zəngilana getdik və konfransın ilk günündə böyük minatəmizləmə fəaliyyəti və ərazilərin yenidənqurma prosesi ilə qarşılaşdıq.”
Ednews xəbər verir ki, bu sözləri UNİCEF-in nümayəndəsi Bəxtiyar Səlimov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında deyib:
“Bütün minaların təmizlənməsi ola bilsin ki, on illər zaman aparacaq. Ona görə də, biz birləşməli, koordinasiyalı şəkildə bütün beynəlxalq təşkilatları bir araya gətirməliyik. Dünyada 65-dan çox ölkə minalarla çirklənib. Beləliklə, “Dayanıqlı İnkişaf Məqsədi” layihəsi minadan əziyyət çəkmiş ölkələrin bir arada fəaliyyət göstərməsinə şərait yaradacaq.”
Fərid Axund