“TÜRKPA-nın fəaliyyəti çərçivəsində qarşımıza qoyduğumuz məqsədləri uğurla həyata keçiririk. Regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün TÜRKPA-nın fəaliyyətini genişləndirməliyik”.
Ednews xəbər verir ki, bunu Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən on üçüncü iclasında deyib.
O qeyd edib ki, bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 əlamətdar hadisə olacaq:
“Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm də Türk dünyası üçün böyük hadisədir”.