Prezident İlham Əliyev Bakıda COP29-la bağlı keçirilən beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb - VİDEO

Siyasət 10:13 19.06.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına müraciət ünvanlayıb.

Ednews-un məlumatına görə, mətndə deyilir:

"Hörmətli toplantı iştirakçıları.

Əziz dostlar.

Sizi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür. Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir.

Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm.

Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.

Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.

Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır.

Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.

Önümüzdəki günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin mitiqasiya və adaptasiya, maliyyələşmə, iqlim dəyişmələri və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular ətrafında müzakirələr aparmaqla, COP29-a hazırlıq mərhələsində iqlim fəaliyyəti gündəliyinin irəli aparılmasına və planetimiz üçün həyati vacib olan qərarların qəbul edilməsinə öz töhfəsini verəcəyinə inanıram.

Sizə ən xoş arzularımı yetirir, 29-cu Yüksək Səviyyəli Toplantının işinə uğurlar diləyirəm".

Qeyd edək ki, məktubu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.


Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı - VİDEO

Xəbər xətti

Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi
12:30 02.07.2024
“Vətəndaş Tribunası” ictimai birliyi yeni layihənin icrasını davam etdirir
12:20 02.07.2024
Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ
Ötən ay Bakıda 27 nəfəri gün vurub – RƏSMİ
12:10 02.07.2024
Məktəbəhazırlıq qruplarına qəbul başlayır – BU TARİXDƏN
12:03 02.07.2024
Vətəndaş cəmiyyəti Şərqi Zəngəzurda...
11:54 02.07.2024
Aİ Metanı qaydalara əməl etməməkdə ittiham edir
Aİ Metanı qaydalara əməl etməməkdə ittiham edir
11:45 02.07.2024
Ukrayna sərhədində geriləmə: 5000 nəfər evakuasiya ediləcək
Ukrayna sərhədində geriləmə: 5000 nəfər evakuasiya ediləcək
11:30 02.07.2024
Bölgələrdə qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
11:25 02.07.2024
MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb
11:20 02.07.2024
Tramp bu məhkəmə qərarı ilə mövqeyini daha da möhkəmləndirdi
Tramp bu məhkəmə qərarı ilə mövqeyini daha da möhkəmləndirdi
11:15 02.07.2024
İranda məşhur blogger İNTİHAR ETDİ
11:10 02.07.2024
Ermənistan hava limanında BOMBA XƏBƏRDARLIĞI
Ermənistan hava limanında BOMBA XƏBƏRDARLIĞI
11:07 02.07.2024
Beynəlxalq İdman Jurnalistləri Günü
Beynəlxalq İdman Jurnalistləri Günü
11:00 02.07.2024
Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı - VİDEO
10:55 02.07.2024
Dünyanın ən böyük günəş elektrik stansiyası fəaliyyətə başlayıb
Dünyanın ən böyük günəş elektrik stansiyası fəaliyyətə başlayıb
10:45 02.07.2024
Mikayıl Cabbarovdan Polisi Günü ilə bağlı PAYLAŞIM -FOTO
10:41 02.07.2024
Baydendən Trampa əks-həmlə
Baydendən Trampa əks-həmlə
10:30 02.07.2024
Səudiyyə Ərəbistanı yeni neft və təbii qaz yataqları tapıb
Səudiyyə Ərəbistanı yeni neft və təbii qaz yataqları tapıb
10:15 02.07.2024
Meksikada kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb
Meksikada kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb
10:05 02.07.2024
Qonşu ölkələrin Qarabağda konsulluq yarışı – Politoloq GİZLİ MƏQAMLARI ŞƏRH ETDİ
10:00 02.07.2024
Rusiya daha yeni ərazilər ələ keçirdi
Rusiya daha yeni ərazilər ələ keçirdi
09:50 02.07.2024
Azərbaycan neftinin qiyməti 90 dolları ÖTDÜ
09:45 02.07.2024
Rusiyadan Ukraynaya böyük zərbə
Rusiyadan Ukraynaya böyük zərbə
09:40 02.07.2024
Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində
09:38 02.07.2024
Çingiz Abdullayev: "Məni zəhərləyən ruslar deyil" - VİDEO
Çingiz Abdullayev: "Məni zəhərləyən ruslar deyil" - VİDEO
09:32 02.07.2024
Bu gün Türkiyə Avstriyanı sınağa çəkəcək
Bu gün Türkiyə Avstriyanı sınağa çəkəcək
09:30 02.07.2024
Bakıda kafe yanaraq külə döndü
09:19 02.07.2024
Çingiz Abdullayev və "Noviçok": Zəhərlənmə yoxsa Təsadüf? -VİDEO
Çingiz Abdullayev və "Noviçok": Zəhərlənmə yoxsa Təsadüf? -VİDEO
09:15 02.07.2024
Azərbaycanlı zəvvarların hamısı Bakıya qayıtdı
09:00 02.07.2024
Rusiya bu ölkənin 99 vətəndaşına sanksiya tətbiq etdi
03:16 02.07.2024
İsrail Livanın cənubunda əməliyyata hazırlaşır
02:40 02.07.2024
Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub
01:06 02.07.2024
Şəmkirdə minik avtomobili kombaynla toqquşub, xəsarət alan var
00:05 02.07.2024
Rusiya BMT TŞ-də Yaxın Şərqdəki münaqişə ilə bağlı iclas keçirəcək
23:50 01.07.2024
Əgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”
23:30 01.07.2024
Ankara fikrini dəyişdi: Kılıc Rubinyanla görüşdən imtina etdi
23:10 01.07.2024
Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinə yeni müşavir təyin olunub
22:50 01.07.2024
Mişi Batşuayinin "Qalatasaray"a keçidi rəsmiləşib
22:28 01.07.2024
Azərbaycan güləşçiləri “Asiya Uşaqları” Oyunlarını 8 medalla başa vurub
22:19 01.07.2024
AVRO-2024: 1/8 finalın növbəti görüşü start götürüb
22:00 01.07.2024
Hamısı