“Vətəndaş Tribunası” ictimai birliyi yeni layihənin icrasını davam etdirir

Cəmiyyət 12:20 02.07.2024

Vətəndaş Tribunası İctimai Birliyi “Qarabağ zəfərinin əsasları” layihəsini həyata keçirir. 

Bu barədə Ednews-a Vətəndaş Tribunası İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, görülən işlər sırasında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsi və 19 sentyabr 2023-cü ildə Qarabağın tam azadlığı ilə nəticələnmiş antiterror əməliyyatının təbliği durur. Bu məqsədlə Naxçıvan MR, Bakının Qaradağ və Binəqədi rayonlarında əhalinin müxtəlif təbəqələri ilə görüşlərin təşkili nəzərdə tutulur. 

Layihə çərçivəsində hazırlanmış kitabçada Qarabağ münaqişəsinin tarixi aspektləri, Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, münaqişənin sülh yolu ilə nizamlanması üçün Azərbaycan diplomatiyasının beynəlxalq platformalarda göstərdiyi səylər, 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsi və 19 sentyabr 2023-cü ildə Azərbaycan dövlətinin keçirdiyi bir günlük xüsusi əməliyyat tədbirləri ilə Qarabağın terrorçu qüvvələrdən tam təmizlənməsi geniş şərh edilir. 

Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq şanlı səhiflərindən biri, bu müharibənin şəhidləri, qaziləri və müzəffər Ali Baş Komandanı isə gələcək nəsillər üçün böyük qəhrəmanlıq örnəkləridir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi xalqımız tərəfindən əziz tutulur, onların ailələri dövlət qayğısı və ümumxalq məhəbbəti ilə əhatə edilir. Qazilərin həyat şəraitinin yaxşılaşdırılması, yaralıların müalicəsi, onların sağlamlığının bərpası, əmək məşğulluğunun təmin olunması və sosial ehtiyaclarının ödənilməsi üçün ölkəmizdə müvafiq qurumlar tərəfindən ciddi işlər görülür. 

Azərbaycan Ordusunun Ali Baş Komandanı Prezident İlham Əliyev öz çıxış və müsahibələrində Azərbaycanın qələbəsini təmin etmiş əsas və həlledici qüvvə kimi ordumuzun əsgər və zabitlərinin – şəhid və qazilərimizin adını həmişə önə çəkir. Onların misilsiz qəhrəmanlıq nümunələri göstərərək vətən torpağını düşmən işğalından azad etdiklərini, qələbə bayrağını milli separatizmin yuvası Xankədiyə qədər mətanətlə, öz həyatlarını belə əsirgəmədən  apardıqlarını vurğulayır: “Dövlət nə qədər hazırlıqlı olsa da, düşmən üzərinə, ölümün üzərinə əsgər və zabit gedir. Onlar şəhid olur, yaralanırlar”... 

8 noyabr 2020 və 19 sentyabr 2023-cü il qələbələrindən ötən hər gün düşmən tərəfin həm yerli, həm də beynəlxalq miqyasda Azərbaycana qarşı hazırladığı məkrli planların, hərbi-siyasi təxribatların üstünü açır. Dünyanın supergüclərinin cəlb edildiyi bu mürəkkəb oyunlarda Azərbaycan diplomatiyasının çevik gedişləri, eləcə də ordumuzun canlı qüvvə itkilərini minimuma endirən hərbi taktika və strategiyanın ustalıqla qurulması Azərbaycanın qələbəsini təmin edən əsas şərtlərdəndir. Azərbaycan xalqının və dövlətinin 30 illik düşmən işğalı ilə heç zaman barışmaması, işğala son qoymaq üçün ən müasir silahlarla təchiz edilmiş qüdrətli milli ordunun qurulması, eləcə də əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri tariximizin ən parlaq səhifələrindəndir. Qəhrəman Azərbaycan əsgərinin Şuşa kimi alınmaz qalanı düşməndən azad etməsi təcrübəsi dünya hərb elminin dərsliklərinə salınmış taktiki-psixoloji hücum fəndi kimi öyrənilməkdədir.      

Qələbəmizi təmin etmiş qüvvələr vəhdətinin həm ölkə daxilində, həm də ölkə xaricində təbliği, tanıdılması Azərbaycanın nüfuzunun güclənməsinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinə, ordumuzun müdafiə qüdrətinin və xalqımızın milli ideallar naminə səfərbərliyinin daha da artırılmasına xidmət edir. Bu baxımdan əminliklə demək olar ki, layihənin icrası faydalı və əhəmiyyətlidir. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlatrına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. 

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Ermənistanın bugünkü səyi, əslində, Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Hamısı