Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında İrəvanla normallaşma prosesi müzakirə olunub

Siyasət 21:00 19.06.2024

Avropa İttifaqı Aİ – Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb.

Ednews xəbər verir ki, sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub.

“İyunun 13-də Brüsseldə Aİ – Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib. İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – press-relizdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, tərəflər “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar”: “Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib”. Bildirilib ki, Bakı “Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb”.

“Aİ regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyinə diqqət çəkib”, – sənəddə nəql edilib.

Bildirilib ki, “Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti vurğulanıb”.

“Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımlar davam etdiriləcək. Azərbaycan tərəfi həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib”, – bəyanatda qeyd olunub.

Sənədə əsasən, “görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər”: “Onlar həmçinin Aİ – Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar”.

Məlumata görə, iclasa Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora həmsədrlik ediblər.

Evlərini su basan vətəndaşlar belə xilas edildi - VİDEO

Xəbər xətti

Qurban Yetirmişli: “Əhali nağıllara inanıb təşvişə düşməsin”
09:35 28.06.2024
Laçın şəhərinə növbəti köç karvanı yola salındı
09:33 28.06.2024
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
09:28 28.06.2024
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
09:27 28.06.2024
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik EDİLDİ
09:21 28.06.2024
İranda prezident seçkiləri KEÇİRİLİR
09:09 28.06.2024
Zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – RƏSMİ AÇIQLAMA
09:00 28.06.2024
SON DƏQİQƏ: Lerikdə zəlzələ baş verdi
08:45 28.06.2024
Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub
06:40 28.06.2024
Təbii fəlakətlər və sərnişinlərin etimadı: Uçurumun kənarında
05:38 28.06.2024
Boliviyada dövlət çevrilişinə cəhddə təqsirli bilinən 10 hərbçi həbs edilib
04:51 28.06.2024
Cüdoçumuz erməniyə qalib gələrək III yeri tutdu
03:30 28.06.2024
Xırdalanda mənzildə meyit tapılıb
01:00 28.06.2024
Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur
00:02 28.06.2024
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq
23:41 27.06.2024
Hizbullah komandiri məhv edildi
23:23 27.06.2024
Rusiyasız həllə nail olmaq mümkün deyil - Ərdoğan
23:00 27.06.2024
Bakıda bu məşhur lisey bağlandı
22:45 27.06.2024
Xəzər dənizində gəmilərlə xilasetmə təlimləri keçiriləcək
22:22 27.06.2024
İzmirdə meşə yanır
22:00 27.06.2024
BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub
21:44 27.06.2024
Azərbaycanın BMT-nin “Qlobal soyutma” təşəbbüslərinə qoşulması müzakirə edilib
21:23 27.06.2024
Muxtar Babayev: COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq
21:00 27.06.2024
Qubada avtoxuliqanlıq edən sürücü həbs edilib
20:52 27.06.2024
“Google Translate”ə 110 yeni dil əlavə ediləcək
20:33 27.06.2024
Xankəndi şəhərinin investisiya layihələri iş adamlarına tanıdılıb - YENİLƏNİB
20:17 27.06.2024
Bu bölgələrdə qaz olmayacaq
19:55 27.06.2024
Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir
19:46 27.06.2024
"Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib
19:39 27.06.2024
ADT Baş Assambleyasında COP29 çərçivəsində kiçik ada dövlətlərinin sammiti müzakirə edilib
19:22 27.06.2024
Ceyhun Bayramov Kobaxidze ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
19:10 27.06.2024
Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb
19:00 27.06.2024
Azərbaycan və UNEP COP29-da əməkdaşlıq məsələlərini müzakirə edib
18:44 27.06.2024
Emin Əmrullayev: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq
18:30 27.06.2024
Ceyhun Bayramov Şalva Papuaşvili ilə bölgədəki mövcud vəziyyəti müzakirə ediblər
18:20 27.06.2024
Saməddin Əsədov: "Azərbaycanda daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək"
18:09 27.06.2024
Bəzi ərazilərdə şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
18:00 27.06.2024
Məzahir Pənahov: "Tələbələrin parlament seçkilərində səs verməsi üçün tədbirlər görməliyik"
17:50 27.06.2024
Bakı limanına gələn Rusiya gəmiləri ilə bağlı RƏSMİ MƏLUMAT
17:45 27.06.2024
Bakının 3 ərazisində yaşayış binalarının lifti DAYANDI: Köməksiz qalanlar belə xilas edildi - VİDEO
17:30 27.06.2024
Hamısı