Bakının Nəsimi rayonunun C.Hacıbəyli küçəsində yaşayış binasında yanğın olub.
Bu barədə Ednews-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, 18 mərtəbəli yaşayış binasının həyətində generatorda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.