İyulda Xəzər dənizində region ölkələrinin gəmilərinin iştirakı ilə çoxtərəfli xilasetmə təlimləri keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Xəzəryanı dövlətlər arasında dəniz əməkdaşlığı daimi və dostluq xarakteri daşıyır. İyul ayında İran, Rusiya və regionun digər ölkələrinin xilasedici gəmilərinin iştirakı ilə Xəzər dənizində çoxtərəfli xilasetmə təlimləri keçiriləcək”, - qurumdan bildirilib.
Daha əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya gəmisi və “Anatoli Qujvin” hidroqrafik gəmisinin qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəldiyi bildirilmişdi.