Kəmaləddin Heydərov belaruslu həmkarı ilə görüşüb

Siyasət 18:14 20.06.2024

Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ilə görüşüb.

Bu barədə Ednews-a Azərbaycanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə səfər zamanı göstərilən qonaqpərvərliyə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb. Qeyd edib ki, digər istiqamətlərdə olduğu kimi fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir K.Heydərov bu səfərin və səfər çərçivəsində imzalanacaq müvafiq sənədin münasibətlərin dərinləşməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.

K.Heydərov belaruslu həmkarını Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının sədri seçilməsi münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski Minskdə keçirilən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirakına və təbrikinə görə Azərbaycan Respublikasının fövqəladə halllar naziri Kəmaləddin Heydərova səmimi təşəkkürünü bildirib.

Belaruslu nazir hər iki dost ölkə arasında dövlət başçılarının məqsədyönlü fəaliyyətləri sayəsində ildən-ilə genişlənən əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində iki qurum arasında yüksək səviyyəli əlaqələrin formalaşmasından məmnunluq ifadə edib. Qarşılıqlı səfərlərin, aparılan müzakirələrin münasibətlərin daha da genişlənməsində faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planı”nın imzalanması mərasimi olub. Kompleks Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski imzalayıb.

Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan nazir K.Heydərov xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra nazir Kəmaləddin Heydərov Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alan Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan FHN-in nümayəndə heyəti Belarus FHN-in qurumlarının, habelə yanğın-xilasetmə texnika və avadanlıqlarının istehsalını həyata keçirən yerli müəssisələrin fəaliyyəti ilə yerində tanış olub.

Evlərini su basan vətəndaşlar belə xilas edildi - VİDEO

Xəbər xətti

Seysmoloji Xidmət Mərkəzindən XƏBƏRDARLIQ – “Afterşoklar ola bilər”
10:01 28.06.2024
İranın Azərbaycandakı səfirliyində səsvermə prosesi başladı
09:51 28.06.2024
Bakının bu rayonunda qaz olmayacaq – XƏBƏRDARLIQ
09:44 28.06.2024
Qurban Yetirmişli: “Əhali nağıllara inanıb təşvişə düşməsin”
09:35 28.06.2024
Laçın şəhərinə növbəti köç karvanı yola salındı
09:33 28.06.2024
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
Bayden debat zamanı Trampı təhqir edib - VİDEO
09:28 28.06.2024
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
Zəlzələ bu ölkələrdə də HİSS OLUNDU
09:27 28.06.2024
VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik EDİLDİ
09:21 28.06.2024
İranda prezident seçkiləri KEÇİRİLİR
09:09 28.06.2024
Zəlzələ nəticəsində dağıntı qeydə alınıb? – RƏSMİ AÇIQLAMA
09:00 28.06.2024
SON DƏQİQƏ: Lerikdə zəlzələ baş verdi
08:45 28.06.2024
Bakıda 18 mərtəbəli yaşayış binasında yanğın olub
06:40 28.06.2024
Təbii fəlakətlər və sərnişinlərin etimadı: Uçurumun kənarında
05:38 28.06.2024
Boliviyada dövlət çevrilişinə cəhddə təqsirli bilinən 10 hərbçi həbs edilib
04:51 28.06.2024
Cüdoçumuz erməniyə qalib gələrək III yeri tutdu
03:30 28.06.2024
Xırdalanda mənzildə meyit tapılıb
01:00 28.06.2024
Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur
00:02 28.06.2024
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq
23:41 27.06.2024
Hizbullah komandiri məhv edildi
23:23 27.06.2024
Rusiyasız həllə nail olmaq mümkün deyil - Ərdoğan
23:00 27.06.2024
Bakıda bu məşhur lisey bağlandı
22:45 27.06.2024
Xəzər dənizində gəmilərlə xilasetmə təlimləri keçiriləcək
22:22 27.06.2024
İzmirdə meşə yanır
22:00 27.06.2024
BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub
21:44 27.06.2024
Azərbaycanın BMT-nin “Qlobal soyutma” təşəbbüslərinə qoşulması müzakirə edilib
21:23 27.06.2024
Muxtar Babayev: COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq
21:00 27.06.2024
Qubada avtoxuliqanlıq edən sürücü həbs edilib
20:52 27.06.2024
“Google Translate”ə 110 yeni dil əlavə ediləcək
20:33 27.06.2024
Xankəndi şəhərinin investisiya layihələri iş adamlarına tanıdılıb - YENİLƏNİB
20:17 27.06.2024
Bu bölgələrdə qaz olmayacaq
19:55 27.06.2024
Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir
19:46 27.06.2024
"Sahil" metrostansiyasının qarşısındakı səkilər genişləndirilib
19:39 27.06.2024
ADT Baş Assambleyasında COP29 çərçivəsində kiçik ada dövlətlərinin sammiti müzakirə edilib
19:22 27.06.2024
Ceyhun Bayramov Kobaxidze ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
19:10 27.06.2024
Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb
19:00 27.06.2024
Azərbaycan və UNEP COP29-da əməkdaşlıq məsələlərini müzakirə edib
18:44 27.06.2024
Emin Əmrullayev: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq
18:30 27.06.2024
Ceyhun Bayramov Şalva Papuaşvili ilə bölgədəki mövcud vəziyyəti müzakirə ediblər
18:20 27.06.2024
Saməddin Əsədov: "Azərbaycanda daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək"
18:09 27.06.2024
Bəzi ərazilərdə şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
18:00 27.06.2024
Hamısı