Natiq Miri: “Bu halda sülh prosesindən danışmağa dəyməz”

Siyasət 11:42 04.07.2024

Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq olar. Bununla yanaşı, Prezident İlham Əliyev qeyd edib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir.

“Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”, - İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidentinin mesajı nəyə hesablanıb? Ermənistan tərəfi İlham Əliyevin son mesajından nəticə çıxarıb konstitusiya dəyişikliyinə gedəcəkmi?

Bu barədə Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Prezident İlham Əliyevin açıqlaması bu hüquqi təminat üçündür. Çünki sülh müqaviləsinin imzalanması mahiyət etibarı ilə gələcək perspektivdə təhlükəsizliyi təmin etmir və təhlükəsizliyə ən böyük təhdid də Ermənistanın konstitusiyasında, müstəqil bəyənnaməsində, preambulasında qeyd edilən Azərbaycana ərazi iddiasıdır:

“Paralel olaraq 2022-ci ildə konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistanın Baş Nazirinin verdiyi qərar dəyişdirilib. Artıq söhbət Konstitusiyanın dəyişdirilməsindən deyil, yeni konstitusiyanın hazırlanmasından gedir. Bu yöndə, Konstitusiyanın mətninin hazırlanması yönündə Konstitusiya şurasına göstəriş verilib və bu prosesin bitmə tarixi 2026-ci ilin dekabr ayına hesablanıb. Bu o deməkdir ki, 2026-cı ilin sonunda 2021-ci ildə Ermənistanda baş tutan növbədənkənar Parlament seçkiləri vasitəsilə hakimiyyətdə qalan Mülki Müqavilə partiyası, yəni Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzinin vaxtı da bitir və yəni seçkilərə getmək prosesi başlayır. Belə olduğu təqdirdə bu yeni qərar Azərbaycan üçün gələcək perspektivə təminat ola bilərmi? Əksinə, çox ciddi risk amilləri daşıyır. Çünki növbəti seçkilərdə Nikol Paşinyan hakimiyyətdə qala bilməsə, yeni siyasi qüvvələr və ya hakimiyyət dəyişikliyi baş verdiyi təqdirdə heç bir sülh müqaviləsi konstitusiyadan üstün olmayacaq və konstitusiya məhkəməsinə müraciət kontekstində bu müqavilə ləğv ediləcək. Çünki bir neçə hüquqi normalar var ki, bir mənalı olaraq onlarda da əks olunur ki, heç bir müqavilə və saziş, xüsusilə də Qarabağla bağlı Konstitusiya müddəalərına zidd ola bilməz və heç bir hökumət belə bir qərara imza ata bilməz. Konkret bu yöndə qadağalar var, buna görə də indiki vəziyyətdə sülh müqaviləsinin mətninin hazırlanması Azərbaycan üçün hüquqi təminat olmadan heç nə ifadə etmir. Konstitusiya yaxın zamanda dəyişdirilmədiyi təqdirdə heç bir sülh prosesindən danışmağa dəyməz”.

Oğuz  

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi
21:59 17.07.2025
“Vosmoy bazarı”nın adı dəyişdirildi
21:44 17.07.2025
İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir?
21:29 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
21:14 17.07.2025
"Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq"
20:59 17.07.2025
"Moskva ABŞ-nin vasitəçiliyi ilə Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparır"
20:44 17.07.2025
VAR-ın səlahiyyətləri artırılır
20:29 17.07.2025
ABŞ Dövlət Departamentindəki kütləvi ixtisarı xaosa səbəb oldu
20:14 17.07.2025
Britaniya və Almaniya arasında genişmiqyaslı müdafiə sazişi imzalandı
19:59 17.07.2025
Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb
19:44 17.07.2025
"Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk"
19:29 17.07.2025
Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi
19:14 17.07.2025
Dezinformasiya Fırtınasına Qarşı Səfərbərlik: Vətəndaş Cəmiyyəti və Medianın Tarixi Məsuliyyəti Şahlar Ruhi yazır...
19:08 17.07.2025
Fransa hərbçiləri Seneqalı tamamilə tərk etdilər
18:59 17.07.2025
"Samsung Electronics"in rəhbəri məhkəmədən qalib çıxdı
18:44 17.07.2025
Ukraynadakı münaqişənin aqibəti Trampın iqtisadi təzyiqlərindən asılı olacaq
18:29 17.07.2025
Nüvə materialı satışının qarşısı alındı
18:12 17.07.2025
"Fənərbağça"nın yeni transferi Joze Mourinyonu özündən çıxardı
17:57 17.07.2025
Mişel Obama həyat yoldaşı ilə münasibətlərindən danışıb
17:43 17.07.2025
Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir
17:28 17.07.2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
17:13 17.07.2025
ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb
16:58 17.07.2025
İsraildə siyasi qalmaqal: üç nazir eyni zamanda istefa ərizəsi verib üç nazir eyni vaxtda istefa ərizəsi verib
16:42 17.07.2025
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
16:27 17.07.2025
Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək
16:12 17.07.2025
Mariya Şarapova ABŞ-dəki evini satır
15:57 17.07.2025
ABŞ büdcəsi azalacaq
15:42 17.07.2025
“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib
15:27 17.07.2025
Kit Kelloq Ukraynanı tərk edib
15:12 17.07.2025
Türkiyə Suriyada atəşkəsin təmin edilməsinə kömək edib
15:09 17.07.2025
Pakistan və BƏƏ INTOSAI-nin İdarə Heyətinə üzv seçildilər
14:57 17.07.2025
Prezidentlər Mehmandarovların malikanə kompleksində olublar
14:43 17.07.2025
Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu
14:39 17.07.2025
"Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir" -Müsahibə
14:27 17.07.2025
Prezidentlər Şuşa məscidində dua etdilər
14:13 17.07.2025
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar
14:12 17.07.2025
Oğlu ilə yanğında ölən ana ilə bağlı ailənin yaxını açıqlama verdi: "Ailə faciəsini şouya çevirməyək"
13:57 17.07.2025
Səbinə Salmanova vəfat etdi
13:42 17.07.2025
ABŞ-nin kommersiya neft ehtiyatları azalır
13:27 17.07.2025
İsrail havadan müdafiə sistemlərinin istehsalını artırır
13:12 17.07.2025
Hamısı