Vaşinqtonda NATO - nun quruluşu ilə əlaqədar keçirilən illik 75 - ci sammit yekunlaşdı. Görüşdə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri də iştirak etdilər. Bəs NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşünün sülh müstəvisində aparılan danışıqlara təsiri olacaqmı? Görüş sülh prosesini qaldığı yerdən davam etdirə biləcəkmi? Yeri gəlmişkən yaxın günlərdə ABŞ və Ermənistan birgə hərbi təlimlər keçiriləcək.
Mövzu ilə bağlı Amerika məsələləri üzrə ekspert və Vaşinqton Strateji Qrupunun qurucu üzvü Hanan Elbadry, Ednews -a özəl açıqlama verib:
“Hesab edirəm ki, ABŞ Azərbaycan və Ermənistan arasında olan münaqişəni həll etmək üçün əlindən gələni edir. Çünki, ABŞ bunu həll etdikdən sonra Ukrayna müharibəsi məsələsinin həll edilməsinə əl atmaq istəyir, ABŞ -ın bu münaqişənin həll edilməsinə maraqlı olması əsas səbəbi məhz budur”.
Ekspert həmçinin ABŞ-ın Ermənistanla birgə keçirəcəyi hərbi təlimlərdən danışıb:
“ABŞ-ın Ermənistanla birgə keçirəcəyi hərbi təlimlərə gəlincə, bu təlimlər ilk növbədə ABŞ-ın Ermənistana dəstək mesajıdır və o, bununla demək istəyir ki, biz Cənubi Qafqazda mövcuduq. ABŞ-ın regiondakı əsas rəqibi Putindir, çünki prezident Putin qısa və uzunmüddətli perspektivdə Amerikanın maraqlarına maneə olur”.
Ekspert sonda bildirib ki, “Ona görə əgər Ukrayna böhranı həll olunmasa, ABŞ-ın qarşısındakı maneələr davam edəcək”.
Loğman Yunis