"Aİ-nin ABŞ-yə qarşı etdikləri vəhşilikdir".
"EDnyus" xəbər verir ki, bunu mətbuata açıqlamasında ABŞ Prezidenti Donald Tramp bildirib. Müxbirin Böyük Britaniyaya qarşı gömrük rüsumlarının tətbiq edilib-edilməyəcəyi haqqında sualına qısa cavab verən dövlət başçısı Rəsmi Brüsseli tənqid etməyə başlayıb:
"Böyük Britaniya da həddini aşıb,amma düşünürəm ki, biz onlarla orta nöqtədə razılaşa biləcəyik. Amma Aİ ilə bağlı məsələ tamam başqa cürdür.
Sözsüz ki,biz Aİ-dən gələn məhsullara da yüksək gömrük rüsumu tətbiq edəcəyik. Niyə?
2023-cü ildə ABŞ ilə Aİ arasındakı ticarət dövriyyəsindəki defisit 155 milyard dollar idi. 2024-cü ildə isə bu rəqəm 300 milyardı keçib. Bu,vəhşilikdir. Onlar artıq bütün həddləri aşıblar".
Xatırladaq ki, Donald Tramp hakimiyyətə gəldiyi gündən etibarən qonşu və rəqib dövlətlərə qarşı yüksək gömrük rüsumları tətbiq etdiyinə görə beynəlxalq ictimaiyyətin sərt tənqidlərinə tuş gəlib.