"Bir daha ümid edirəm ki, düşmənçilik və zorakılıq səhifəsi nəhayət bir dəfəlik bağlana bilər, bölgənin bütün əhalisinin, o cümlədən Qarabağ ermənilərinin xeyrinə."
Ednews xəbər verir ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa edən Toyvo Klaar JamNews-a verdiyi müsahibədə ümid etdiyini bildirib ki, Azərbaycanın ərazisində qanunsuz yaşayan Ermənistan vətəndaşları Azərbaycana qayıdacaqlar.
Avropa İttifaqı bu məsələyə çox aydın şəkildə münasibət bildirib – və mən də gözləyirəm ki, Qarabağ erməniləri normallaşma prosesinin bir hissəsinə çevrilsinlər və Bakı ilə onlar arasında öz doğma bölgələrinə təhlükəsiz və ləyaqətli qayıdışları ilə bağlı birbaşa danışıqlar başlasın.