Ermənipərəst senator Bob Menendez siyasi karyerasını avqustun 20-də bitirəcəyini açıqlayıb.
Ednews-un “The New York Times“a istinadən xəbərinə görə, 2006-cı ildən ABŞ Senatının üzvü olan B. Menendez bu qərara ötən ay korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra gəlib.
Məlumata əsasən, barəsində oktyabrın 29-da hökm çıxarılacaq olan B. Menendezin ömrünün qalan hissəsini həbsxanada keçirəcəyi istisna edilmir.
Bu arada məlum olub ki, 70 yaşlı senator seçki öncəsi praymerizlərdə iştirak etməyib.
Uzun illərdir ermənipərəst mövqeyi ilə seçilən Bob Menendezin ABŞ-dəki erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrinin olduğu deyilir.