Ukrayna ordusu Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib.
Ednews-un məlumatına görə, yerli vaxtla səhər saat 05:00 radələrində baş verən hadisə nəticəsində zərər çəkən olmayıb.
Qeyd edək ki, sözü gedən obyektə ilk hücum avqustun 18-də baş verib. Həmin vaxt başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. Hazırda onun digər çənlərə keçmə təhlükəsinin olduğu bildirilir.