Gələcəkdə Azərbaycan və Ermənistanın BRİCS-ə qoşulması iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər.
EDnews Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
" Ermənistan və Azərbaycanın BRİCS-ə qoşulması dövlətlərarası dialoq imkanlarını obyektiv olaraq artıracaq və bu, münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 22-24- də Kazan şəhərində BRİKS-in növbəti sammiti keçiriləcək.