Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin tranzitində təhlükə görmür.
EDnews Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarına cavab olaraq bildirib.
Paşinyan qeyd edib ki, internet trafikinin tranziti Ermənistan üçün Azərbaycandan asılılıq yaratmır.
"Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyir ki, Ermənistan münaqişə dalanında qalsın", - Baş nazir deyib.
Qeyd edək ki, iyunun 22-də "AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti haqqında ikitərəfli saziş imzalayıblar.








