"Biz Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə etdik. Bu proses uğurla davam edir".
EDnews xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə mətbuata birgə bəyanatında deyib.
Azərbaycan Prezidenti bildirib ki, faktiki olaraq, sülhə nail olunub: “Biz birtərəfli addımlar atdıq ki, göstərək ki, bu kağız üzərində sülh deyil. Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh reallıqdır”.







