Yəhudi icmalarından Knessetə “erməni soyqırımı” çağırışı

Yəhudi icmalarından Knessetə “erməni soyqırımı” çağırışı

Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin - Knessetin üzvlərinə müraciət edərək qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsə dəstək verməməyə çağırıblar.

EDnews xəbər verir ki, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Seferad Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan müraciətdə bildirilib ki, sözügedən təşəbbüs Cənubi Qafqazda yeni formalaşmağa başlayan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.

Müraciətdə vurğulanır ki, Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi diasporlarından biridir və əsrlər boyu yəhudilər Azərbaycan torpağında sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Qeyd olunur ki, ölkədə yəhudilər öz dini etiqadlarını, milli kimliklərini və ənənələrini sərbəst şəkildə qoruyub-saxlayıblar.

İcma rəhbərləri tərəfindən imzalanan sənəddə Azərbaycanın yəhudi həyatının azad şəkildə inkişaf etdiyi, dövlət və cəmiyyət tərəfindən yəhudi icmasına hörmət və dəstəyin göstərildiyi nadir ölkələrdən biri olduğu xüsusi qeyd edilir.

Müraciət müəllifləri, həmçinin, son onilliklər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını bildirirlər. Onların fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də yəhudi dövləti ilə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkə arasında qarşılıqlı hörmət və ortaq maraqlara söykənən uğurlu əməkdaşlıq nümunəsidir.

İcma rəhbərləri təəssüflə qeyd edirlər ki, İsrail hökuməti 111 il əvvəl baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınmasını dəstəkləməsi barədə qərar qəbul edib və məsələnin yaxın vaxtlarda Knessetin müzakirəsinə çıxarılması gözlənilir.

Onlar hesab edir ki, belə bir təşəbbüsün məhz regionda uzun illər davam edən gərginlikdən sonra real sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə ümid yarandığı bir dövrdə gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur.

Müraciətdə vurğulanır ki, üçüncü dövlətlərin bu cür həssas tarixi məsələlərlə bağlı siyasi addımları sülh prosesini çətinləşdirə və xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət etməyə bilər.

İcma rəhbərləri hesab edirlər ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır. Onların fikrincə, bu məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında lazımsız gərginlik yarada bilər.

Müraciətdə Azərbaycan yəhudi icmasının nümayəndələri olaraq şahidlik etdiklərini bildirirlər ki, Azərbaycan dövləti hər zaman öz yəhudi vətəndaşlarına hörmət və qayğı ilə yanaşıb, Azərbaycan-İsrail münasibətləri isə dostluq, etimad və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub.

Bu səbəbdən onlar Knesset üzvlərinə müraciət edərək müdriklik və məsuliyyət nümayiş etdirməyə, qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünü dəstəkləməməyə çağırıblar.

Müraciətdə o da qeyd olunur ki, belə bir qərar nə İsrail dövlətinə fayda gətirəcək, nə də sülh və qarşılıqlı anlaşmaya xidmət edəcək. Əksinə, bu addım İsrailə hər zaman şərtsiz dost münasibəti bəsləyən insanların məyusluğuna səbəb ola bilər.

Sənədin sonunda müəlliflər Knesset üzvlərinə ümid etdiklərini bildirirlər ki, onlar qərar qəbul edərkən tarixi məsuliyyət, dövlətçilik prinsipləri, eləcə də dost xalqlar və dövlətlərlə münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi amillərini əsas götürəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Xəbər xətti

"Qərbi Azərbaycanla bağlı sənəd və materialların toplanması davam etdirilir" - Əziz Ələkbərli
17:41
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
17:32
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
17:13
Şöbə rəhbəri işindən ayrıldı
16:43
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:36
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
16:26
Yəhudi icmalarından Knessetə “erməni soyqırımı” çağırışı
16:20
Bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
16:11
İrəvan Brüsselə yaxınlaşır: Lyayen Ermənistana NƏ APARACAQ?
16:00
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı ŞOK DETAL
15:55
İnfantino Trampa hədiyyə göndərib
15:46
Hakan Fidan Türkiyənin hədəflərini açıqladı
15:42
Günvurma təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT EDİLİB
15:35
Moskva TRIPP-dan kənarda qalmaq istəmir: Dəstək, yoxsa nəzarət?
15:25
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR
15:11
Ermənistan XİN Qaluzinin TRIPP dəhlizilə bağlı fikirlərinə münasibət bildirib
15:05
II və III qruplar üzrə qəbul imtahanında 41 mindən çox abituriyent iştirak edəcək
14:58
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:48
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı
14:42
Qazaxıstanda parlament seçkiləri keçiriləcək
14:21
Onlayn media subyektlərinin müsabiqə nəticələri AÇIQLANDI
13:59
YAP Qadınlar Şurasının keçmiş sədri VƏFAT ETDİ
13:42
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
13:34
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri azadlığa buraxıldı - YENİLƏNDİ
13:30
I Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları dəfn edildi - FOTO
13:24
Mirziyoyev Gürcüstana dövlət səfəri edəcək
13:13
Lukaşenko Çindən sonra İndoneziyaya səfər etdi
13:02
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb
12:50
Ukrayna PUA-ları Krımda hərbi anqarları hədəfə aldı
12:43
Xameneinin dəfn mərasimində TƏXRİBAT TÖRƏDİLƏCƏK? - SENSASİON AÇIQLAMA
12:40
Sabahın havası açıqlandı - TEMPERATUR YÜKSƏLƏCƏK
12:35
Hukabee Qüdsdə Tramp zarafatı ilə diqqət çəkdi
12:26
QDTİB və AZAL əməkdaşlığı rəsmiləşdirdi
12:13
İran iki həftədə milyonlarla barel nefti dünya bazarına çıxardı
12:11
Bəzi rayonlara leysan, qar yağır - FAKTİKİ HAVA
12:07
"Bakının rəsmi şəhər günü təsis olunsun" - ELDAR MANSUROVDAN TƏKLİF
12:00
Avropa İttifaqı ABŞ-nin sənaye mallarına rüsumları LƏĞV EDİR
11:55
Bu ölkədə süni intellekt insanları işsiz qoydu
11:46
"BakıKart"ın QİYMƏTİ ARTDI
11:45
Qazaxıstanda yeni Konstitusiya qüvvəyə minib
11:37
Elgiz Əkbərə ağır itki üz verdi
11:34
Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
11:22
İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
11:19
Mertsin Almaniya millisi ilə bağlı paylaşımı qalmaqal yaratdı
11:10
Əfqanıstan Pakistanda İŞİD təlim mərkəzlərini vurub
11:04
Paşinyanın partiyasında vəzifə bölgüsü BAŞLAYIB
10:53
Rayonlara gediş-gəliş asanlaşır: Elektron biletlə yeni imkan
10:41
Polis 57 cinayətin izinə düşdü: Onlarla fakt aşkarlanıb
10:30
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
10:26
Azərbaycan BMT strukturunda yeni mövqe qazandı
10:21
Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda olub - FOTOLAR
10:14
Ekvadorun baş məşqçisi məğlubiyyətdən sonra danışdı
10:09
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTOLAR
09:59
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşdü - FOTOLAR
09:55
Azərbaycanda qadınların pensiya yaşı artırıldı
09:47
Azərbaycan nefti yenidən ucuzlaşdı
09:38
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
09:31
Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin 30-cu ildönümüdür
09:27
Yaponiya və Koreya vətəndaşları Azərbaycana vizasız gələcəklər
09:17
Paytaxtın bu ərazilərində İŞIQ OLMAYACAQ
09:11
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR