Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Eurasia Diary" - yə verilən məlumata görə, "Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.
Qeyd edək ki, forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Bununla yanaşı, tədbir çərçivəsində Z.Həsənov Çexiya Respublikasının müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər olacaq.