Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir

Region 00:05 23.04.2025

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 105-ci ildönümüdür.

“EDnews” xəbər verir ki , 1920-ci il aprelin 23-də Türkiyə Respublikasının ali qanunverici orqanı fəaliyyətə başlayıb.

1919-cu ilin payızında keçirilən seçkilərdən sonra Osmanlı Məbusan Məclisinin 168 üzvündən 162-sinin iştirakı ilə 1920-ci il yanvarın 12-də toplanıb. Mustafa Kamal Paşa Ərzurum məbusu seçilmişdi. Ancaq o, Ankarada qalmalı olur. Anadolu və Rumeli Müdafiə-i Hüquq Cəmiyyəti tərəfdarı millət vəkillərinin çoxluqda olduğu bu Məclis, 1920-ci il yanvarın 28-də keçirdiyi gizli iclasda Misaki-millini qəbul edib.

Seçimlə müəyyən edilən millət vəkilləri ilə dağıdılan Osmanlı Məbusan Məclisindən Ankaraya gələn millət vəkillərindən 84-ü ilk Məclisdə yer alıb. Mustafa Kamal 1920-ci il aprelin 22-də Böyük Millət Məclisinin açılışını elan edib.

1920-ci il aprel 23-də Hacıbayram Camisində cümə namazı qılınıb, qurbanlar kəsildikdən sonra ilk TBMM, İttihad və Tərəqqi Klubu olaraq tikilən binada açılıb.

Türkiyə Konstitusiyasının 108-ci maddəsinə əsasən, qanunvericilik səlahiyyəti Türk Milləti adından TBMM Millət vəkili ümumi seçkiləri, beş ildə bir, sərbəst, bərabər, tək dərəcəli, ümumi səs əsaslarına görə, məhkəmə orqanlarının ümumi rəhbərlik və nəzarəti altında həyata keçirilir. Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildiyi dövrdə toxunulmazlıq statusuna malikdirlər.

Parlamentə seçkilər proporsional və majoritar sistem əsasında keçirilir. Axırıncı dəfə bu siyasi kampaniya 2023-cü il mayın 14-də keçirilib.

Hazırda TBMM-də Ədalət və İnkişaf Partiyası (266 yer), Milliyyətçi Hərəkat Partiyası (50), HÜDAPAR (4), DSP (1), Cümhuriyyət Xalq Partiyası (128), DEM Partiya (57), İYİ Partiya (30), SAADET Partiyası (20), DEVA (15), YRP (4), TİP (4), DP (3), EMEP (2), DBP (2), tərəfsiz (8) təmsil olunurlar.

Millət vəkili seçilən namizədlər konstitusiyaya əməl edəcəkləri üçün türk milləti qarşısında şərəf və ləyaqətlərinə and içərək 5 il müddətinə Türkiyə Böyük Millət Məclisinin üzvü (deputat) olmaq hüququ qazanırlar. Türkiyə Böyük Millət Məclisinin üzvləri (millət vəkilləri) qanunvericilik toxunulmazlığına malikdirlər.

Qeyd edək ki, 23 Aprel Türkiyədə həm də Milli Suverenlik və Uşaq Bayramıdır. 1921-ci il aprelin 23-də milli bayram kimi qeyd olunmağa başlayıb. Bu günün Milli Bayram Elan Edilməsi Haqqında Qanun, Birinci Böyük Millət Məclisinin açılışından bir il sonra 23 Aprel 1921-ci ildə qəbul edilib. O, həmin il mayın 2-də qüvvəyə minib. 1927-ci ildə Atatürkün himayəsi altında ilk dəfə Uşaq Bayramı kimi qeyd olunub. Qazi Mustafa Kamal Paşanın uşaqlara hədiyyə etdiyi 23 Aprel 98 ildir uşaq bayramı kimi qeyd olunur.

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Hamısı