Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib

Region 04:19 28.06.2025

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. 

“EDnews” xəbər verir ki, şəhər sakinləri Rusiya KİV-ə bildirib ki, onlarla azərbaycanlı saxlanılaraq Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

İddiaya gorə, saxlanılanlar arasında 2001-ci ildə baş vermiş və uzun illər bağlı qalmış qətl hadisəsinin əsas şübhəlisinin də olduğu bildirilir.

İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə əlaqədar yenidən açılmış cinayət işi çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilir.  Rəsmi məlumatda bildirilir ki, istintaq tədbirləri çərçivəsində bir sıra şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılıb, bir neçə nəfər isə müxtəlif cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsi və Daxili İşlər Nazirliyinin regional bölməsi əlavə məlumatların istintaqın məxfiliyinə görə açıqlanmayacağını bildirib.

Xatırladaq ki, bu, bölgədə azərbaycanlılara qarşı aparılan ilk genişmiqyaslı əməliyyat deyil. Yerli mətbuat daha əvvəl də nazirlik rəsmilərinə qarşı sui-qəsddə şübhəli bilinənlərin oxşar şəkildə saxlanıldığını yazıb.

Qeyd edək ki, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"

Xəbər xətti

ABŞ süni intellektin enerji təminatını artırmağı planlaşdırır
08:08 28.06.2025
Kriptovalyuta oğruluqları artır
07:42 28.06.2025
Aİ ölkələri Amerika silahlarından imtina edəcək
07:10 28.06.2025
İsti havalarda bu məhsullardan uzaq durun
06:37 28.06.2025
Fransada təyyarə qəzası baş verib
06:14 28.06.2025
Avropaya "cəhənnəm istisi" gəlir
05:51 28.06.2025
İnsan ən çox neçə yaşında xoşbəxt olur? -Alimlər açıqladı
05:26 28.06.2025
Ukrayna yeraltı sərvətləri ilə bağlı məlumatları açıqlayacaq
04:51 28.06.2025
Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat keçirilib
04:19 28.06.2025
"İsrail İran səmasında üstünlüyünü qoruyacaq"
03:57 28.06.2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib
03:24 28.06.2025
İranlı diplomat "Qərbi Azərbaycan" ifadəsinə etiraz etdi - "Bu, yolverilməzdir"
02:53 28.06.2025
Qırğızıstanda dağ gölünün bəndi uçub
02:27 28.06.2025
Samuxda ağır yol qəzası baş verib
01:46 28.06.2025
"Fars körfəzi regionunda radiasiya səviyyəsi normaldır"
01:24 28.06.2025
Konqo və Ruanda arasında sülh sazişi imzalandı
00:57 28.06.2025
Ulduzlar sabahkı gün barədə nə deyir ?
00:29 28.06.2025
Ukraynadan xüsusi əməliyyat: Rusiyanın 2 qırıcısı məhv edildi
23:56 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyan saxlanıldı
23:41 27.06.2025
"Xameneini alçaldıcı ölümdən xilas etdim"
23:26 27.06.2025
WhatsApp yeni funksiyasını təqdim etdi
23:08 27.06.2025
DİN valideynlərə xəbərdarlıq etdi
22:53 27.06.2025
Kreml Bizə Nə Deyir? Şahlar Ruhi yazır...
22:44 27.06.2025
Türkiyədə meşə yanğını ilə əlaqədar üç şübhəli saxlanılıb
22:38 27.06.2025
“İranın lazımi addımlar atmasını gözləyirik”
22:23 27.06.2025
Sərmayəmizi dollara çevirək,yoxsa...? -Ekspert danışdı
22:08 27.06.2025
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir"
21:56 27.06.2025
" Bəzi qərb ölkələri Rusiyanı avadanlıq və kritik komponentlərlə təchiz edirlər" -Zelenskidən şok iddia
21:38 27.06.2025
Siqaretə görə 20 illik dostunu qətlə yetirən şəxsə hökm oxundu
21:26 27.06.2025
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
21:05 27.06.2025
"Aİ ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının normaları arasında ziddiyyətlər var" Rusiya Ermənistana xəbərdarlıq etdi
20:50 27.06.2025
"Binəqədidə quyuya düşən şəxsin axtarışları davam edir"
20:42 27.06.2025
"Stokholm sindromu" anlayışına səbəb soyğunçu vəfat etdi
20:35 27.06.2025
"İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik"
20:22 27.06.2025
Evlilik üçün ən ideal bürclər hansılardır?
20:20 27.06.2025
Qusarda qəzaya düşənlərin kimliyi məlum oldu
20:16 27.06.2025
Avropa çempionatında birinci olan Azərbaycanın güləşçiləri Vətənə qayıtdı -FOTOLAR
20:10 27.06.2025
"Ukrayna ilə danışıqların növbəti raundunu İstanbulda keçirməyə hazırıq"
20:04 27.06.2025
Arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
19:45 27.06.2025
Putin Trampla görüşü istisna etməyib
19:30 27.06.2025
Hamısı