Fars körfəzi regionunda radiasiya səviyyəsi normal olaraq qalır.
“EDnews” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
"Qırx səkkiz ölkəni əhatə edən Beynəlxalq Radiasiya Monitorinq Sistemi (BRMS) vasitəsilə MAQATE-yə müntəzəm olaraq təqdim edilən məlumatlara görə, zədələnmiş nüvə reaktorlarının heç birindən əhəmiyyətli radioaktiv tullantılar aşkar edilməyib", - deyə bildirilib.