Yeni tədris ilində UNEC-in ilk Elmi Şurasından mühüm məqamlar

Elm və texnologiya 17:25 19.09.2017
UNEC-də Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib.
 
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, UNEC kollektivini yeni tədris ili münasibəti ilə təbrik edən rektor, professor Ədalət Muradov qarşıya qoyulan hədəflər naminə qazanılan uğurlarda hər kəsin əvəzsiz rolu olduğunu bildirib.
 
Müvəffəqiyyət göstəricisi 85, keyfiyyət göstəricisi isə 45%
 
2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə, müvəffəqiyyət göstəricisi 85%, keyfiyyət göstəricisi isə 45% olub.
 
600 və daha yüksək bal toplayanların 60%-i UNEC-i seçib
 
Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə - 96.6%-lə yerinə yetirilib. Belə ki, UNEC-ə qəbul planı üzrə 3415 yerin 3298-nə tələbə qəbulu həyata keçirilib.
 
Fakültələr üzrə daha yüksək göstərici Maliyyə və mühasibat fakültəsində qeydə alınıb. Bu fakültəyə qəbul planı 99.6% yerinə yetirilib. Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş müşahidə olunub. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-i, yəni 60%-i UNEC-i seçib.
 
II ixtisas qrupu üzrə 700 bal yığan hər iki abituriyent UNEC-ə üstünlük verib
 
II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib. Onlar Beynəlxlaq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alacaqlar.
 
Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan 290 abituriyentdən 70 nəfər 650-680, 17 nəfər isə 680-700 bal toplayıb. 2016-cı ildə 680-700 bal toplayan tələbələrin sayı 12, 2015-ci ildə 1 olub.
 
II ixtisas qrupu üzrə prezident təqaüdünə layiq görülənlərin 74%-i UNEC tələbəsidir
 
2016-cı ildə UNEC-ə qəbul olanlar arasında 6, 2015-ci ildə isə 1 tələbə prezident təqaüdünə layiq görüldüyü halda, bu il 17 tələbə prezident təqaüdünə layiq görülüb. Qürurverici haldır ki, prezident təqaüdünə layiq görülənlərin 17%-i, II ixtisas qrupu üzrə bu ada layiq görülənlərin isə 74%-i UNEC tələbəsidir.
 
UNEC-ə orta qəbul balında artım
 
UNEC-ə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə bu rəqəm 412 bala qədər yüksəlib. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici 96 bal artaraq 2016-ci ildə 635, bu il isə ötən illə müqayisədə 10 bal artaraq 645 bal olub.
 
Məlumat üçün qeyd edək ki, Beynəlxalq İqtisadiyyat Məktəbində minimal keçid balı 609, orta keçid balı isə 645 olub. İki il əvvəl yaradılan bu fakültəyə qəbul olan tələbələrin hamısı 600-dən çox bal toplayıb. Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olan tələbələrin 46 faizi orta məktəbi fərqlənmə ilə bitiriblər.
 
Tələbə biliyinin qiymətləndirilməsində yeni mərhələ
 
Şura üzvləri I kurslarda ixtisas fənləri üzrə 4 dildə vahid sillabuslardan istifadə etmək barədə qərar qəbul ediblər. Digər bir qərara görə isə tələbə biliyinin qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədilə I kurslarda 2017/18-ci tədris ilinin qış imtahan sessiyası ixtisas fənləri üzrə 4 dildə də eyni suallar əsasında və yazılı formada keçiriləcək. Hər fənn üzrə eyni sayda sual hazırlanaraq, öncədən tələbələrə təqdim ediləcək. Ümumilikdə isə imtahan və appelyasiya qaydalarının təkmilləşdirilməsi prosesinin davam etdirilməsi qərara alınıb.
 
Yeni tədris ili - “Elmi Tədqiqat İli”
 
Elmi Şurada UNEC-də yeni tədris ili “Elmi Tədqiqat İli” elan edilib. Həmçinin “UNEC Tədqiqat Fondu” təsis edilib. Fondun məqsədi yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə elmi tədqiqatların aparılması, tədqiqatların nəticələrinin tədqiqinə dair təkliflərin hazırlanmasıdır.
 
UNEC alimlərinin tədqiqatlarının keyfiyyətini daha da artırmaq məqsədi ilə Differensial Əməkhaqqı Sisteminə 19 dəyişiklik və əlavələr edilib.
 
UNEC-dən ixraca dəstək
 
Elmi Şurada Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin əsasnamələri təsdiq edilib. Xarici Ticarətə Dəstək Mərkəzi ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcək.
 
Digital Marketinq Mərkəzi isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacaq, professor-müəllim heyətinə və tələbələrə digital dünya ilə tanışlıq, effektiv istifadə və yararlanma keyfiyyətləri aşılayacaq.
 
UNEC-də institutlaşma davam edir
 
Şura üzvləri UNEC-də tədris prosesinin idarəolunmasını səmərəli təşkil etmək və kafedralarda tədris olunan fənlərin paralelliyini aradan qaldırmaq məqsədilə “Ekonometriya” kafedrasının “Statistika” kafedrasına birləşdirilərək, “Statistika və ekonometriya” kafedrası yaradılması barədə qərar qəbul ediblər.
 
4 ildə iki ixtisasa yiyələnmək imkanı UNEC-də reallaşır
 
UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramınln icrasına başlanılır. Proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı