Bu gün internetdə anonimlik anlayışı yoxdur.
Bunu RT televiziyasına müsahibəsində Rusiya İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin rəhbəri Aleksandr Jarov söyləyib.
“Bu gün hansısa konkret insanı identifikasiya etmək üçün çoxlu sayda birbaşa və dolayı identifikatorlar var. Bunlar sırasına səs, sima, şəbəkələrdə davranış, gündəlik ziyarət edilən saytlar, geolokasiya və sairə aiddir. Ona görə də anlamaq lazımdır ki, artıq şəbəkələrdə heç kim anonim deyil. Bu gün internetdəki bütün istifadəçilər çeşidlənib, hədəflənib və profillərinə görə bölünüb. Bununla əlaqədar olaraq reklamlar da ünvanlı şəkildə yerləşdirilir. İnternet şəbəkəsinə anonimlik böyük nağıldır və biz hamımız transmilli nəhənglərin lupası altındayıq”, – deyə o bildirib.(axar.az)