Günəş bizi necə idarə edir, qanımız göylərlə necə bağlıdı? Astrofizik alimin heyrətamiz izahı

Elm və texnologiya 12:27 01.12.2017
Kosmosun sirləri ilə məşğul olan bir astrofiziklə söhbət etmək, zənnimizcə, hamı üçün maraqlıdır. Onlar bizim hər gün yerdə yaşadıqlarımızın, necə deyərlər, göydəki köklərini araşdırırlar. Günəşdəki aktivliyin yerdəki insana necə təsir etdiyinin, zəlzələlərin, yerin 7 qat altında və üstündə nələr olduğunun izahını verirlər. Hər birimiz göy üzünə baxandan sonra xeyli suallar qarşısında cavabsız qalırıq.
 
Elə ona görə də astrofizik alimlə söhbətə kifayət qədər həyəcanla gedirdim... 
 
Görüş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında baş tutdu. Bizi qarşılayan əməkdaşla liftə daxil oluruq. Qalx ki, qalxasan. Binanın ən axırıncı mərtəbəsinə çıxdıq. "Çatdıqmı" deyə soruşmuşdum ki, "yox, hələ iki mərtəbə də piyada qalxacağıq" dedi. Dedim, yəqin özləri qəsdən astrofizikləri ən son qatda, göylərə yaxın yerdə yerləşdiriblər. Sən demə, mən işin romantikasındayam, onlar isə...
 
 Kosmik plazma fizikası sahəsində tanınmış alim, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bu haqqda məlumat verib.
 
 
 
- Ən sonuncu qatı özünüz seçdiniz? Göylərə yaxın olmaq...
 
- İlk sualdan yaralı yerə toxundunuz ki... Elə bilirsiniz bu sonuncu qatı biz seçmişik? Yox. Bura texniki mərtəbədir, iş yeri deyil. Biz sadəcə burda oturmağa məcbur olmuşuq. Təsəvvür edin ki, nə su var, nə kanalizasiya.  Bizim üçün mütləq ayrıca institut açılmalıdır.
 
- Sizin ofisiniz Şamaxıdakı Rəsədxanada yerləşir?
 
- Daima qalıb Rəsədxanada işləmək sovetlər dövrünə məxsus bir məsələ idi. Məlum oldu ki, vaxt keçdikcə dağ şəraitində olan rəsədxana əməkdaşlarının səhhətində problem yaranır. Axı alimlərin də sosial problemləri var, daima orada otura bilməzlər. Rəsədxana əməkdaşları əslində meqapolislərdə yaşamalı, müşahidələr isə rəsədxanalarda aparılmalıdır. Qərbdə həmişə belə olub. Profilə uyğun olaraq, ölkədə bir çox yerlərdə rəsədxananın olması mümkündür. Amma alimlər paytaxtda da effektli fəaliyyət göstərə bilər.
 
- Günəşin sirrini açmağa çalışırsınız. Bu, kənardan sehrli, romantik bir iş kimi görünür. Fəaliyyətiniz dövründə sizi ən çox həyəcanlandıran hansı iş olub?
 
- Bizim sahəmiz elədir ki, ideyalarımızı, kəşflərimizi birbaşa tətbiq edə bilmirik. Amma bu sahədə möcüzə kimi işləri olan alimlərimiz var. Heç də təsadüfi deyil ki, son illərdə fizika sahəsində verilən Nobel mükafatlarının bir çoxu da astrofiziklərin payına düşüb. Kainatda bilmədiyimiz hələ xeyli şey var ki, onlar öz kəşflərini gözləyirlər. Əslində bu sahədəki hər bir kəşf məni həyəcanlandırır. Amma son illərdə məlum olan bir məsələ xüsusilə diqqətimi çəkdi. Bizim gördüyümüz bütün materiyanın əsasında protonlar, elektronlar, neytronlar durur. Bu vaxta kimi biz belə bilmişik. İndi isə məlum olub ki, bunlar yalnızca materiyanın 15 faizə qədəridir. Bəs qalan 85 faiz nədən ibarətdir? Bu, hələ bilinmir. Bilmədiyimiz bu hissəyə “qara maddə” deyirik. Və təsəvvür edin ki, bu “qara maddə” böyük təcillə genişlənir. Buna deyirlər qara enerji ionu genişlənməsi. Qravitasiyanın əleyhinə işləyən hansısa bir qüvvə var.
 
Biz "Böyük Partlayış" modelini qəbul etsək, kainat əslində genişlənməliydi. 15 milyard il bundan əvvəl meydana gələn kainatımız yavaş-yavaş sürətini azaltmalı və sonda bir nöqtəyə qayıtmalı idi. Amma biz təcillə genişlənən kainatı müşahidə edirik. Bəs bu nədir? Məlum deyil. Qarşımıza çıxan bu kimi suallar, problemlərin həlli şəxsən məni çox həyəcanlandırır, cəlbedici gəlir.
 
- Bəs heç bu işlərlə bağlı "adrenalin partlaması" deyilən bir an yaşamısınız?
 
- Çox olub. Bizdə bir foto var, siz də ona baxsanız, adrenalininiz xeyli yüksələcək. Şəkil sanki sehrlidir. Bir tərəfdən ay işığı, bir tərəfdən süd yolu, ulduz yağışı və s. Necə heyran olmayasan? Bu işin bir maraqlı məqamı da odur ki, kosmosa baxanda yerlə bağlı bütün problemləri, şəxsi dərdlərini unudursan. Kainatdakı əsrarəngizliklər dartıb səni özü ilə aparır göylərə.
 
- Kainatı kəşf edildikcə, insanın nə qədər xırda, zərrə boyda olması düşüncəsi ağlınızdan keçib?
 
- Miqyasa baxanda nəinki biz, Yer kürəsinin özü çox kiçikdir. Lakin bu, prosesə çox adi bir baxış olardı. İnsan çox nəhəngdir. Onun böyüklüyü və üstünlüyü zehni ilə bağlıdır. Məşhur astrofiziklərin əksəriyyəti ilahi qüvvənin mövcudluğuna daha çox inanırlar. Bu o demək deyil ki, məsələləri dinlə bağlayırlar. Yox. Məsələyə iki cür yanaşma var. Mən özüm uzun illər Rusiyada, Almaniyada işləmişəm. Xeyli astronomla rastlaşmışıq. Onlar ilahi qüvvəyə nə üçün inandıqlarının səbəbini də açıqlayırlar. Məsələn, deyirlər ki, kainatın sirlərini yalnız bir yerə qədər başa düşmək olur.
 
- Bəlkə, başa düşmədikləri prosesləri ilahi qüvvə ilə bağlayırlar, daha artıq baş sındırmırlar?
 
- Xeyir. Bu alimlər daxilən buna inanırlar. Çünki bu prosesləri yaradan bir qüvvə olmalıdır, səbəbsiz mümkün deyil. Çoxlarının görmədiyi halları biz böyük teleskoplarla müşahidə edirik və insanın qarşısında çox möcüzəli aləm açılır. Bu öz-özünə necə yarana bilər? Təsəvvür edin ki, biz deyirik ki, protonun kütləsi 10 üstü mənfi 24 qramdır. İşığın sürəti saniyədə 300 min kilometrə bərabərdir. Elektronun yükü filan qədərdir və s. Bu rəqəmlərin bircəciyini milyonda bir faiz dəyişsələr, tamam başqa dünya alarıq. Deməli, bu öz-özünə, belə dəqiqliklə yarana bilməzdi.
 
- Başqa dünya? Belə dünyalar var yəni?
 
- Bəli. Başqa dünyalar da mövcuddur. Hətta onlardan bir-birinə keçidlər belə var. Hazırda astrofizikanın ən dərin problemlərindən biri də qara dəliklərin fizikasını öyrənməkdir. Bütün qalaktikanın mərkəzində böyüklü-kiçikli qara dəliklər var. Onlar o qədər böyük cazibə qüvvəsinə malikdirlər ki, ulduzları bir göz qırpımında udurlar. Qara dəliklərdən şüalanma yoxdur. Onlar dibi bilinməyən dərin quyuya bənzəyirlər. Fərz olunur ki, bir-birinə keçidi olan dünyalar kitab şəklində düzülüb və onlar məhz bu qara dəliklərin vasitəsilə bir-birinə keçid edə bilirlər. Təbii ki, bu bir fərziyədir. Amma çox inandırıcıdır. Müasir texnologiyalar imkan vermir ki, biz bunu elmi şəkildə təsdiqləyə bilək. Qara dəliyə yaxınlaşıb, onun fizikasını öyrənə bilmirik. Çünki həmin dəlik özü ilə bağlı heç bir informasiya vermir. Yalnız ətrafını təhqiq edirik. İstənilən böyük kütləni, fotonu, işığı udur, amma özündən heç nə şüalandırmır ki, ondan hər hansı bir informasiya əldə edək.
 
- İlahi qüvvədən danışdınız. Müsahibələrinizin birində demişdiniz ki, Qurani-Kərim özündən əvvəlki sivilizasiyaların toplusudur, göylərdən gəlməyib...
 
- Mən hər yerdə bunu deyirəm ki, fiziklərdən, riyaziyyatçılardan, filosoflardan və başqa sahənin alimlərindən ibarət böyük bir qrup yaradaq və Quranı dəqiq öyrənək. Quranda xeyli elmi məqamlar var. Bunların bəziləri artıq aydındır. Amma bir çoxu hələ izah oluna bilmir. Məsələn, inanıram ki, alimlərin araşdırmasından sonra Quranda elmlə bağlı çox məqamlarla rastlaşacağıq. Quran böyük miqyasda bilgilərin sıxılmış formasıdır. Ona görə də bunu hər oxuyan başa düşmür və düşə də bilməz. Bunun üçün mütləq müəyyən bilik səviyyən olmalıdır. Bu zaman da sən yalnız öz bildiyin sahə ilə bağlı nələrinsə dəqiq izahını tapa bilərsən. Və ya öz bildiyin sahə ilə bağlı sənə yeni həqiqətlər məlum ola bilər. Məsələn, mən oxuyanda görürəm ki, orada astrofizikadan çoxlu biliklər var. Mən onların hamısını dərk edə bilmirəm. Yer üzündə insanın əmələgəlmə yaşı təqribən 60 milyon ildən çoxdur. Son sivilizasiyanın yaşı isə 60 milyon ildən qat-qat azdır. Yer üzündə xeyli sivilizasiyalar yaranıb və məhv olub. Onların biliyi yoxa çıxmayıb. Hansısa bir yolla özündən sonra gələn sivilizasiyalara ötürülüb. Ona görə deyirəm ki, Quranda olan biliklər bizdən əvvəlki sivilizasiyalar zamanı əldə olunmuş biliklərin sıxılmış formasıdır. Bu səbəbdən də biz onu asanlıqla oxuyub başa düşə bilmərik, hazırkı səviyyəmiz buna imkan vermir. Quranın göydən gəlməsi və ya başqa bir formada bizə ötürülməsi ilə bağlı əlimizdə heç bir sübut yoxdur. Kimsə inanır ki, onu bizə Allah göndərib, qoy elə də inansın. Və bu fikirlərə də hörmət edirəm. Bir məsələni də diqqətinizə çatdırım ki, indiyə kimi dindarlar əsasən, Quranda olan davranış qaydalarını üzə çıxarıblar. Necə oturmalı, davranmalı, geyinməli və s. Amma orada elm oturub. Bu elmi ortaya çıxarmaq lazımdır.
 
- Son günlərdə zəlzələlərin sayı xeyli artdı. Bunun astrofiziki səbəbləri varmı?
 
- Zəlzələnin də Günəşdə gedən proseslərlə əlaqəsi var. Mən Günəş fizikası ilə məşğul olmuşam. 25 il Rusiyada əsas bu istiqamətdə təhqiqatlar aparmışam. Hazırda Günəş və Yer əlaqələri fizikasını inkişaf etdiririk. Günəş yeri idarə edən əsas qüvvədir. Orada gedən proseslər istər-istəməz Yerdə öz əksini tapmalıdır. Hazırda dünyada iqlim dəyişir. Bunu yalnız Yerdəki səbəblərlə izah etmək çətindir. Geofiziklər hesab edir ki, bu qlobal dəyişmələr, olsun ki, Günəşlə bağlıdır. Günəşdə gedən irimiqyaslı burulğan hərəkətləri oradakı nüvə reaksiyasının sürətini dəyişdirir. Və bunlar min illərlə baş verən proseslərdi. Oradakı dəyişikliklər Yerdə də hiss olunur.
 
- 150 milyon km məsafədəyik, orada baş verən proseslər bizə hansı müddətə təsir edə bilir?
 
- Yerin enerji mənbəyi Günəşdir. Və bu enerjinin artıb-azalması iqlimə mütləq təsir edir. Məsələn, buzlaşma dövrü uzun müddət davam edib. Amma qurtarıb, son 10 min ildə isə  kəskin istiləşmə halları olub. Hazırda da kəskin istiləşmə halları olur. Zəlzələnin də Günəşdə gedən proseslərlə bağlılığının müəyyən izahı var. Hər 11 ildən bir Günəşdə Yer və hətta ondan da böyük ölçüdə qara ləkələr əmələ gəlir. Ona görə ki, orada güclü maqnit sahəsi olur. Konveksiya aşağıdan çıxan istiliyi azaltdığına görə, biz onu yerdən qara kimi müşahidə edirik. Və hər 11 ildən bir bu qara ləkələrin sayı maksimuma çatır, sonra minimuma enir. Hazırda biz minimumu yaşayırıq. Maksimum dövrdə yerə tərəf, ətrafa çox böyük həcmli plazma kütlələri atılır. 150 milyon kim məsafə olsa da atılan o top atəşləri Yerə dəyə bilər. Bizi bunlardan qoruyan maqnit sferasıdır. Elə bilin ki, biz maqnit torbasının içərisində yaşayırıq. Bu torba həm qalaktikadan, həm də Günəşdən gələn plazma atıntılarından bizi qoruyur. Bu sfera qaynar plazmaları kənara axıdır. Bəzən gələn plazma topları o qədər güclü olur ki, həmin sfera xeyli silkələnir və biz buna maqnit qasırğaları deyirik. Bu zaman ürək-damar xəstəliyi olan insanlar bu prosesi hiss edirlər. Ona görə belə qasırğaların olacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq olunur.
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO

Xəbər xətti

Naxçıvan əhalisinin sayı açıqlandı
12:43 14.05.2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIB
12:31 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
12:24 14.05.2024
DİN əhaliyə MÜRACİƏT EDIB
12:15 14.05.2024
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
12:00 14.05.2024
Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir
11:52 14.05.2024
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
11:38 14.05.2024
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
11:33 14.05.2024
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
11:30 14.05.2024
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
11:17 14.05.2024
İlham Əliyev: "Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb"
11:13 14.05.2024
Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib
11:07 14.05.2024
“Trendyol Azərbaycan” daşıma qiymətlərini ARTIRDI - AÇIQLAMA
11:00 14.05.2024
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
10:59 14.05.2024
Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO
10:42 14.05.2024
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Hamısı