Eurasia Diary “CNN”ə istinadla xəbər verir ki, şənbə günü Yaponiya kosmik tədqiqatlar idarəsi JAXA asteroidin üzərinə robot yerləşdirə bilib.
“İki robot çox yaxşı vəziyyətdədir, onlar şəkil və məlumat ötürə bilmək qabiliyyətinə malikdir”, JAXA bildirib.
“Mən Yaponiyada əldə etdiyimiz şeylərdən heyrətə gəldim. Bu, dərin kosmik kəşfiyyatın əsl cazibəsidir”, - deyə Takaşi Kabota JAXA-nın mətbuat katibi söyləyib.
JAXA asteroidin səthində aparılan araşdırmaların günəş sisteminin yaranması haqda qiymətli məlumatlar verəcəyinə inanır.