Marsa yollanacaq ilk insan - 17 yaşlı qız NASA onu xüsusi və gizli məqsədlər üçün hazırlayır

Elm və texnologiya 23:20 24.09.2018

Alisa Karson: “Valideynlərin düşüncə və davranışları üzündən xeyli istedadlı qız hələ uşaqlıqdan  riyaziyyat və texniki fənlərdən kənarda böyüməyə məcbur edilir”

Eurasia Diary-nin azedu.az-a istinadən verdiyi xəbərə görə, Alisa Karson  2033-cü ildə Marsa göndərilmək üçün NASA tərəfindən hələ 11 yaşındaykən seçilən 17 yaşlı gənc qızdır.

NASA Amerika Birləşmiş Ştatlarının 1958-ci ildə mülki kosmik proqramlarını həyata keçirmək üçün yaratdığı xüsusi dövlət agentliyidir. İngilis dilində National Aeronautics and Space Administration (Milli Aeronovtika və Kosmos İdarəsi) adlandırılan qurumun əsas missiyası kosmik tədqiqatarda və elmi kəşflərdə aparıcı rol oynamaqdır.

Agentlik son illərdə Marsa səyahət layihəsi üzərində apardığı işləri davam etdirir. Layihənin reallaşdırılması üçün NASA tərəfindən astronomiyaya böyük marağı olan Alisa Karson adlı 11 yaşlı  qız  seçilib.  Karsonun vəzifəsi Marsa ayaq basacaq ilk insan olaraq orada koloniya qurmaq və əhali sayının artmasını təmin etməkdir. Lakin Karson Marsa gedə bilmək üçün hər insanın göstərə bilmədiyi fədakarlığı göstərmək məcburiyyətindədir. Çünki Marsa səyahət bileti sadəcə tək gediş olaraq nəzərdə tutulub.

“Arzuolunan ata...”

Qırmızı planetə varmaq üçün 55.000.000 km yol qət edilməlidir ki, bu da dünya təqvimi ilə 300 günə bərabərdir. 2033-ci ildə baş tutacaq səyahət üçün kosmonavtlar illər öncədən seçilib xüsusi hazırlıqlar keçirlər. Alisa Marsa səyahət etdiyi zaman təxminən 33 yaşında olacaq. Qırmızı planetdə yaşana biləcək problemləri əngəlləmək üçün gənc kosmonavtın badamcıqları və appendisiti əməliyyatla götürüləcək.

Karsonun kosmosa marağı hələ 3 yaşından başlayıb. Atası Bert Karson qızının uşaqlıq xatirələrindən danışarkən Alisanın ona tez-tez Marsla bağlı suallar verdiyini söyləyir. Gənc qızın kosmosa olan sevgisi onun bu vəzifəyə təyin olunmasında xüsusi rol oynayıb.

Bert Karson qızının kosmosa olan marağının fərqinə vardıqdan sonra onu 7 yaşında NASA Kosmik düşərgəsinə aparıb. Gənc qız hazırda 17 yaşının olmasına baxmayaraq ailəsinin dəstəyi ilə NASA-nın 3 kosmik düşərgəsini ziyarət edən ilk insandır. Ancaq rəsmi olaraq 18 yaşına qədər NASA kosmonavtı ola bilməz.

Bert Karson: “Ata olaraq tək övladımı planeti tərk etməsi üçün göndərirəm və bu onu bir daha görə bilməyəcəyim mənasına gəlir. Açıq danışsaq, bu mənim övladım üçün arzuladığım  gələcək deyil. Bu, qızımın xəyalıdır və onu bu qərarında sonuna qədər dəstəkləyirəm. Qəlbindəki və beynindəki istəyini gördüyüm andan “bunu etmənə izacə verməyəcəyəm!” cümləsindən əsla istifadə etməmişəm”

“Hər zaman xəyallarınızın arxasınca qaçın və kimsənin onları sizdən almasına əsla icazə verməyin”

Alisanın gələcək 20 ili NASA tərəfindən proqramlaşdırılıb. Həmin proqramdan kənara çıxması qadağan olunan gənc qız İngiltərənin Oxsford Universitetində Astrofizika sahəsi üzrə təhsil alacaq. 12 yaşında dalğıclıq, 14 yaşında kosmik uçuş aparatlarının idarə olunması üzrə dərslər, 16 yaşında isə səmadan paraşütlə tullanma təlimlərində iştirak edib. Hazırda Çin, fransız və ispan dillərini öyrənir. Əgər gələcəkdə dünyada həyat sona çatarsa, insan nəslinin başqa planetdə davam etdirilməsi üçün Alisanın qarşısına çox böyük vəzifə qoyulub. O eyni zamanda NASA-nın kosmonavt proqramına seçilib məzun olan ən gənc insan olaraq da tarixə düşüb. Karson xüsusi vəqf quraraq gənclərə xəyalları gərçəkləşdirməyə də yardımçı olmağa çalışır. Onun həyat devizi belədir: “Hər zaman xəyallarınızın arxasınca qaçın və kimsənin onları sizdən almasına əsla icazə verməyin”.

“Sadəcə kosmonavt olmağı və Marsa səyahət etməyi  düşünmüşəm. Geri döndüyümdə isə müəllim və ya prezident olmaq istərdim”

Uşaqların inkişafında kiçik yaşlarıda seyr etdiklərinin və oxuduqların önəmi mütəxəssislər tərəfindən hər zaman xüsusilə qeyd olunur. Alisa 3 yaşında izlədiyi və Marsa səyahətdən bəhs edən “The Backyardigans” adlı serialdan təsirləndiyini və kosmonavt olmağın o zamandan bəri xəyalı olduğunu vurğulayıb.

Alisa və Marsa səyahət üçün seçilən digər insanlar həyatlarını tamamilə dəyişdirəcək bir çox şeyi öncədən gözə alıblar. Onlar dünyaya geri qayıda, evlənə və uşaq sahibi ola bilməyəcəklər. Marsa çatdıqları andan etibarən çətin vəziyyətlərlə üzləşəcəklər. Marsda ozon təbəqəsi yoxdur və ölümcül radiasiyayla qarşı-qarşıya qalmaq təhlükəsi var. Qırmızı planetdə havanın tempurtaturu mənfi 60 dərəcəyə qədər enir. Bu da Marsda axar suyun olması ehtimallarını sıfıra endirir. Üstəlik, atmosfer təzyiqi olduqca aşağıdır.

Dünyada ilkə imza atacaq 17 yaşlı qız bütün media qurumları tərəfindən yaxından izlənilir. Alisa haqda məqalələrə çox rast gəlinsə də, müsahibələr barmaqla sayılacaq qədər azdır. Həmin müsahibələrdən birini təqdim edirik:

- Alisa, uşaqların elmlə digər yaş kateqoriyalarına aid insanlara nisbətən daha yaxından maraqlandığının fərqinə varmısınız?

- Bəli. Xüsusilə də qızlar, erkən yaşlardan riyaziyyata və ya elmə maraq göstərirlər. Amma qardaşları varsa, öz düşüncələrindən əl çəkib bu istiqamətə qardaşının getməli olduğunu düşünürlər. Valideynlər də əslində bunu istəyərək etmirlər. Valideynlərin düşüncə və davranışları nəticəsində onlarla istedadlı qız hələ uşaq yaşlarından riyaziyyat və texniki fənlərdən kənarda böyüməyə məcbur edilir. Bu səbəbdən qızları uşaq yaşlarından elmə yönəltmək çox önəmlidir.

- Elmdə yenilik etmək istəsə də müxtəlif səbəblərdən maneələrlə üzləşən qızlara nələri tövsiyə edərsiniz?

- Hər zaman biri sizə qız olduğunuz üçün “bunu bacara bilməyəcəksən” söyləyəcək. Əgər qarşısınıza məqsəd qoymusunuzsa, heç kimin sizə “bacarmayacaqsan” deməsinə icazə verməməlisən.

- Sizə“Bacarmayacaqsan” deyən insanlara necə etiraz etmisiniz?

-Marsa getməyi 3 yaşımdan xəyal edirəm.Otağımda Marsın böyük xəritəsi var. Kosmonavt olmaq düşüncəsi belə məni xoşbəxt edir. Bacara bilməyəcəyimi söyləyən o qədər də çox insan olmayıb. Amma elə biri ilə rastaşanda, fikirlərini qətiyyən dinləmirəm. Çünki bu mənim xəyalımdır.

- Marsda yaşamağın əsas çətinlikləri hansılardır?

- Marsa səyahət 6 ay çəkir. Bu da kifayət qədər uzun zamandır. Xüsusilə də bir vəzifə üçün. Orada qalmaq və yaşamı davam etdirməkdən ötrü  lazım olan qidaları və dərmaları da özünüzlə aparmalısınız.Hazırda yaşanabiləcək hər çətinliyi aradan qaldırmaq istiqamətində çalışırıq.  Marsa gedə bilmək üçün hazırlanacaq roketin inşasına artıq başlanılıb.

- Marsa tək gedişli səyahət üçün 200.000-dən çox insan NASA-ya müraciət edib. Sizcə, bu qədər insanın Marsa getmək istəyinin səbəbi nədir?

- Kosmonavt olmaq bir çox insanın xəyalıdır. Ancaq heç kim bunun üçün çalışmaq istəmir. Hamı deyir ki, mənə hazır şəkildə vəzifə verilsin. Sabah oyandığınızda görəcəyiniz işin sadə olmadığını dərk etmək lazımdır.Siz sıradan iş görmürsünüz.

- “TEDx” çıxışınızda insanlarla dinazavrların eyni taleyi yaşamasını istəmədiyinizi qeyd etmisiniz...

Bir gün dünya tamamilə məhv olacaq, çünki günəş işıq saçmayacaq. Günəş sistemi sönəndə Marsda da eyni vəziyyət yaranacaq. Ancaq Marsa getmək insanları yer kürəsindən çıxarmaq üçün atılan ilk addımdır. Ümid edirəm, günəş sisteminin xaricində həyatın mövcud olduğu yeni planetlər də kəşf ediləcək.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Hamısı