Azərbaycanda ilk dəfə Gənclərin İnternet İdarəçiliyi Forumu keçirilib

Elm və texnologiya 17:06 03.06.2019

Bu gün Azərbaycan tarixində ilk dəfə keçirilən və 3 gün davam edən Gənclərin İnternet İdarəçiliyi Forumu öz işini başa çatdırıb. BMT-nin İnkişaf Proqramı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Gənclər Fondunun birgə təşkilat etdiyi bu forum gənclər təşkilatları, ali təhsil ocaqları, qeyri-hökumət təşkilatları, dövlət və özəl sektor və digər qurumları təmsil edən 250-yə yaxın gənc fəalı bu gün Bakıda toplayaraq gənclərin internet idarəçiliyi sahəsində siyasi debatlarda fəal iştirakına dəstək verilməsinə yönəlib.

Forumun təşkilində əsas məqsəd gəncləri bir araya toplayaraq rəqəmsal texnologiyalar və internet sahəsində inkişaf tendensiyalarının müzakirə və şərh edilməsi, internet idarəçiliyinə dair siyasətin formalaşması prosesində gənclərin yaxından iştirak etməsinə şəraitin yaradılması olub.

Forumun ilk iki günü iştirakçıların internet idarəçiliyi, təhlükəsizlik, internet resurslarının sosial və iqtisadi inkişaf məqsədləri üçün daha geniş tətbiq olunması və digər sahələrdə nəzəri və praktiki bilik və bacarıqlarının gücləndirilməsinə yönəlib. İki gün ərzində davam edən məşğələlər internet idarəçiliyinin təməl prinsipləri, gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu və gənclər üçün internetin yaratdığı biznes imkanları sahəsində də seminarları əhatə edib.

Bu mərhələdə foruma dünyanın müxtəlif ölkələrindən- Gürcüstan, Hollandiya, Ukrayna, Albaniya, Yunanıstan, Moldova, Serbiya, Türkiyə, həmçinin Azərbaycanın müxtəlif bölgələrindən əsasən 17-29 yaş arası 24 gənc qatılıb. Daha sonra, forumun üçüncü və yekun günündə isə gənclərin mühüm siyasətin formalaşdırılması və qərar qəbuletmə proseslərində iştirakını dəstəkləyən İnternet idarəçiliyinin gələcəyi mövzusu ətrafında qurulmuş simulyasiya oyunu təşkil olundu və qızğın debat şəraitində keçirilərək maraqlı fikir mübadiləsi ilə yekunlaşdı. Simulyasiya zamanı gənc iştirakçılar hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, innovatorlar, özəl sektor və digər qurumların perspektivindən məsələyə yanaşaraq öz siyasi arqumentlərini müdafiə etməyə çalışdılar.

BMT-nin hesablamalarına görə, 18-25 yaş arası gənclərin əksəriyyəti İnternetin olmadığı dünyanın nə olduğunu bilməyən ilk nəsildir ki, onlar gözlərini internetin mövcud olduğu dövrdə dünyaya açıblar! Halbuki dünya əhalisinin yarıdan bir qədər az hissəsinin internetə çıxışı hələ də yoxdur ki, onların da 90 faizini inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar təşkil edir.

Rəqəmsal resurslara insanların çıxışını məhdudlaşdıran amillərin aradan qaldırılması həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və 17 Davamlı İnkişaf Məqsədlərinin (SDG) nail olunmasını sürətləndirmək üçün ən ön şərtlərdən biridir. Gənclər, innovasiyalar və texnologiya bir araya gəldikdə, milli inkişafın əhəmiyyətli əsasını təşkil edir və məlumatın əldə edilməsi sahəsində bərabər çıxış imkanlarını təmin edərək, həm də tərəfdaşlıq və iqtisadi fəaliyyətin gücləndirilməsinə səbəb olur.

Gənclərin İnternet İdarəçiliyi Forumunda çıxış edən BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavininin səlahiyyətlərini icra edən Yuliya Şerbinina gənc fəallara üzünü tutaraq bildirdi: “Bu gün biz, dünyada gənclərin sayının ən çox təsadüf etdiyi bir dövrdə yaşayırıq və siz, bu önəmli çağın əsas öncüllərindənsiniz! Siz cəmiyyətdə müsbət dəyişiklik yaratmağa qadirsiniz və biz Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi mühüm bir missiyada sizə güvənirik və sizə ehtiyac duyuruq.”

Bu gün dünyada 10-24 yaş arası 1.8 milyard insan var və növbəti illərdə bu rəqəmin getdikcə artması gözlənilir. Belə ki, 2030-cu ilədək təxminən 2 milyarda yaxın insan dünyanın gənclər əhalisini təşkil edəcək. Yalnız Azərbaycanda, 14-29 yaş arasında gənclər təqribən əhalinin üçdə bir hissəsini təşkil edir. Onların yarısı kənd və rayon yerlərində yaşayır.

BMT-nin İnkişaf Proqramı Azərbaycanda Gənclərin İnternet İdarəçiliyi Forumu kimi müxtəlif platformalar vasitəsilə ölkənin ayrı-ayrı yerlərində yaşayan və müxtəlif sosial-iqtisadi təcrübəyə malik gəncləri əhatə edən layihələr həyata keçirir və heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq inkişaf layihələrindən hər kəsin bəhrələnə biləcəyi bir mühit yaratmağa çalışır.

Azərbaycanda  Gənclərin İnternet İdarəçiliyi Forumu ölkədə ilk dəfə keçirilən daha bir unikal təşəbbüs — İnnovasiya Festivalı (İnnoFest) çərçivəsində təşkil olunub. İnnofest 29 May-4 iyun tarixlərinə təsadüf edərək çoxsaylı maraqlı tədbirlər silsiləsi təqdim edib. Bir həftə davam edən festival çərçivəsində Bakıda transmilli korporasiyalar, beynəlxalq təşkilatlar, dünyanın tanınmış şəxsləri, cəmiyyətdə fikir formalaşdıran influenserləri bir araya gətirən sammit və forumlar təşkil olundu. BMT-nin İnkişaf Proqramının İdeyadan Biznesə (I2B) turları da daxil olmaqla, bir sıra maraqlı sərgilər, robot yarışları, elektron idman turnirləri, innovasiya və start-up müsabiqələri keçirildi.

***

Əlavə məlumat üçün , BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlayın - [email protected]

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı