İlahiyyat İnstitutuna və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verilib | Eurasia Diary - ednews.net

26 İyun, Çərşənbə


İlahiyyat İnstitutuna və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verilib

Elm və texnologiya A- A A+
“Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib. Hazırda həmin binada təmir işləri həyata keçirilir”.
 
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
 
O bildirib ki, İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir: “Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.
M.Qurbanlı deyib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək: “Hazırda isə Mənəvi Dəyərlərin Təbliği Fondu kirayədə yerləşir. Yeni bina istifadəyə veriləndən sonra isə hər iki qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.
 
Mirmahmud Kazımoğlu

apa.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...