Əcnəbilər elmi kəşfləri ilə Marsı tədqiq edirlər biz isə kağız toplamaqla məşğuluq...

Elm və texnologiya 12:19 18.07.2019

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

I YAZI

 

SSRİ-dağıldı, onunla birgə köhnə sistemin tələbələri də zamanla məhv oldu getdi. Azərbaycan isə SSRİ-nin yeganə varisi olaraq qalır. Bəli, özüdə elm sahəsində SSRİ-Azərbaycanda özünü yaşadır. Bu gün Azərbaycan elm və təhsil sahəsində SSRİ-dən qalan ənənləri davam etdirən yeganə varisdir. Regionun güclü dövləti deyə-deyə elm sahəsində dünyadan geri qalmışıq.

Bəyənmədiyimiz Gürcüstanda bu istiqamətdə aparılan islahatlar ilk növbdə elmi dərəcə və elmi adlarla bağlı olmuşdur. Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilmiş və ölkədə vahid elmi dərəcə – “doktor” (PhD) – müəyyən edilmişdir. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilmişdir.

Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılmış və yeni sistemdə “asissent”, “asissent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilmişdir. Bu gün Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq yoxdur: “Yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. “Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Avropada dosent və professor adının alınması məsələsi, təbii ki, imtahanla olur. İmtahan isə Təhsil Nazirliyi ilə birgə keçirilir. Bir də, tədqiqat işinə gəldikdə isə elmi iş sübuta yetirilsə ki bu, kəşfdir, o zaman bunun üçün həmin şəxs patent və qonorar alır. Bu isə təhsil pilləsi sayılmır.

Bir sözlə Avropada doktoranturanın ikinci pilləsi- elmlər doktoru üzrə qəbul, artıq keçirilmir. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb. Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır. Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Bizdə isə elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır.

AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 120-130 səhifə olmalıdırsa (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur. Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 150 səhifədir, ilkin müzakirədən iki rəy, sonrakı müzakirədən iki rəy, seminardan iki rəy, üstəgəl avtoreferatlara rəylər, müdaifədən sonra rəylər, protocol, protokoldan çıxarış, protokola rəy və sairə proseslərdən sonra 200 səhifəyə yaxın sənədlər alınır. Bura məqalələrin surətini və digər sənədləri əlavə eləsək AAK sadəcə insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır.

Qeyd etmək yerinə düşərdi ki, protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar. AAK-nın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Fəlsəfə doktoru və elmlər doktoru prosesi də demək olar ki, eynidir, sadəcə elmi işin həcmləri, məqalələrin sayı və ən əsası xaricdə çoxsaylı məqalələr. Azərbaycan elmində elə mövzular var ki, nəinki dünya elmində öz sözümüzü demək, heç bazardan kartof belə almağa dəyməz. Lazımsız mövzular, lazımsız araşdırmalar nə qədər olar axı….ELM yenilik sevir. Bir mövzunu ora bura çevrib neçə adam müdafiə etməlidir axı. Rəhmətlik Sabir düz deyirdi, əcnəbilər göydə balonla gəzir, biz isə avtomobilə belə minməmişik…

Azərbaycanda son 5 ildə elmlər doktoru adını alanların siyahısına baxsaz görərsiz ki, elmlər doktorunu qoruyub saxlamaq kimlərə sərf edir. Məmurlar, deputatlar, məmur xanımları, baldızlar, bacılar, qaynanaylar, qaynatalar, əmilər, dayılar….bəs ALİMLƏR? AMEA-da o qədər dəyərli alimin sənədləri AAK_da qala-qala məmur və biznesmenlərin diplomları bəh-bəhlə verilir. Mövzularından xəbəri olmayan bu şəxslər elmlər doktoru adını neynəyirlər axı? Öləndə qəbrin üstünə elmlər doktoru-professor yazılsın. Heç onlardan soruşan da yoxdur ki, sənə dövlət mühüm vəzifə verib, necə vaxt tapdın elmi tədqiqatı aparmağa? Hansı kitabxanada oldun, hansı arxivdə çalışdın? Hansı elmi müəssisədə müzakirələrdə iştirak elədin?

Əsl alimlər isə zülm çəkirlər, AAK-isə imperiyasına ancaq qeyri-alimləri daxil etməkdə davam edir. Biz isə elmdə zamandan çox geridə qalmışıq,, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik, dünyadan, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olmanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər.

Bizim isə ölkə başısından ümidlərimiz var, elmlər doktoru kimi lazımsız bir əlavəni mütləq aradan qaldırmalı, elmin gəncləşməsinə dəstək olmalıdır. Biz elmlər doktoru prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında nəşr edilməyə, kitablar yazmağa sərf etməliyik, elmi dünyaya çıxartmaqla məşğul olmalıyıq.

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı