Vatikanda “ağıllı” təsbeh yaradılıb - VİDEO | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Vatikanda “ağıllı” təsbeh yaradılıb - VİDEO

Elm və texnologiya A- A A+

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.

Eurasia Diary "ictnews.az"a istinadən bildirir ki, "eRosary" adlı qurğu 10 əqiq və gematit muncuq dənəsini özündə birləşdirən kiçik təsbeh və elektron proqram təminatının quraşdırıldığı xaçdan ibarətdir.

Təsbeh dini məzmunlu xüsusi mobil proqram vasitəsilə sinxronlaşır. Bundan başqa, qurğunu aktivləşdirmək üçün xaç vurmaq tələb olunur. Proqram işə salındıqdan sonra "eRosary" istifadəçisi müvafiq duanı seçə biləcək. Öz növbəsində proqram istifadəçinin təsbehdən necə və nə qədər istifadə etməsi haqqında məlumatları yaddaşda saxlayır.

Bundan əlavə, təsbehi biləyə taxmaq mümkündür - qurğu adi fitnes bilərziyi kimi addım və digər sağlamlıq göstəricilərini qeydə alacaq.Layihə dünya katoliklərinin mobilləşdirilməsinə yönələn "Pope's Worldwide Prayer Network" proqramının tərkib hissəsidir. Qurğu Vatikanın sifarişi əsasında "GadgeTek Inc" şirkəti tərəfindən hazırlanıb. "eRosary" "ağıllı" təsbehinin qiyməti 99 avro təşkil edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...