Sosial şəbəkələrdə qadağa - SƏBƏBİ | Eurasia Diary - ednews.net

15 Dekabr,


Sosial şəbəkələrdə qadağa - SƏBƏBİ

Elm və texnologiya A- A A+

Bütün dünya üzrə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.

Eurasia Diary xəbər verir ki, bu barədə sosial şəbəkələri araşdıran “Downdetector” saytı bildirib.

Sosial şəbəkədəki nasazlıq ilə bağlı daha çox ABŞ, Böyük Britaniya, Niderland, Peru, Rumıniya və İsrail  sakinləri şikayət ediblər.

Qeyd edilir ki, istifadəçılərin 73 %-də xəbər lenti yenilənməyib, 14 %-də əlaqə tamamilə itib, 11 %-i isə tətbiqə daxil ola bilməyib.

Eyni zamanda nasazlıqlardan “Instagram” istifadəçiləri də narazılıq ediblər. Bu şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Macarıstan, Yunanıstan və Türkiyə sakinləri şikayət ediblər.

“Instagram” istifadəçilərinin 67%-i yenilənmələri yükləyə bilmir, 21%-i “story”də paylaşım edərkən çətinliklərlə üzləşib, 11 %-i isə ümumi nasazlıqlardan şikayətlənib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...