Alimlərimizin mexanika sahəsində nailiyyətləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib

Elm və texnologiya 10:14 16.01.2020

“Tətbiqi mexanika” beynəlxalq jurnalının (“Web of Science” beynəlxalq elmi bazasına daxildir) 2019-cu il 4 iyul nömrəsində Avropa Elmlər Akademiyasının Blez Paskal medalı (2007, mexanika sahəsində Nobel mükafatına bərabər hesab edilir), SSRİ (1985), Ukrayna (1979, 1988) dövlət və bir sıra başqa nüfuzlu mükafatların laureatı, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Timoşenko adına Mexanika İnstitutunun direktoru, akademik Aleksandr Nikolayeviç Quz “Dağılma mexanikasının qeyri-klassik problemləri” tədqiqatlarının 50 illiyi münasibətilə 600-dən çox - əsasən Ukrayna, Türkiyə və Rusiya alimlərinin elmi məqalə və monoqrafiyasını əhatə edən geniş icmal çap etdirib. Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a bildirilib ki, bu icmalda Azərbaycan alimlərinin işlərinə də ciddi diqqət yetirilib və yüksək qiymətləndirilib. 

İlk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Surxay Əkbərovun dağılma mexanikasının qeyri-klassik problemlərinə, üç ölçülü cismlərin, tikililərin, qurğuların, kompozit materialların və mürəkkəb mexaniki sistemlərin deformasiyasına, dayanıqlığına, möhkəmliyinə və dinamikasına həsr olunmuş 70-dən çox elmi məqalələri və monoqrafiyalarına istinad edilmiş və onlarda alınmış elmi nəticələrə yüksək qiymət verilib. Qeyd etmək lazımdır ki, hal-hazırda alimlərimiz hər tərəfli mexaniki araşdırmalar əsasında  yer elmləri sahəsində geniş miqyaslı geomexaniki tədqiqatlar aparırlar. Bu tədqiqatların nəticələri dünyanın  bir sıra yüksək nüfuzlu  elmi jurnallarında çap edilir (onların sayı yüzlərcədir) və elmi ictimayyət tərəfindən yüksək qiymatləndirilir.  Beynəlxalq elmimetrik  Researchgate (RG) bazasında  Hətəm Quliyevin  və Surxay Əkbərovun  RG-reytingi 38-dən çoxdur.  

Bununla yanaşı, qürurvericidir ki, Ukrayna Milli Elmlər Akademiyasının Timoşenko adına Mexanika İnstitutunun 100-illiyinə həsr olunmuş və «Beynəlxalq tətbiqi mexanika» jurnalının 2018 ilin 1-ci nömrəsində bu hadisə ilə bağlı ingilis dilində çap olunmuş məqalədə Hətəm Quliyevin və Surxay Əkbərovun adları son yüz ildə Mexanika institutunda çalışmış böyük rus, ukrayna, SSRİ və digər  ölkələrin görkəmli alimləri sırasında şərəfli  yer tutduqları qeyd edilmişdir.  Akademik  Guz vaxtı ilə alimlərimizin NANU-nun Timoşenko adına Mexanika İnstitutunda yerinə yetirdikləri dissertasiya işlərinin rəhbəri və məsləhətçisi olub.  

Alimlərimizə daha böyük  uğurlar diləyirik.

 

Aşağıda elmi tədqiqatlarla bağılı nəşrləri link vasitəsilə əldə etmək olar:

https://link.springer.com/article/10.1007/s10778-019-00947-1

https://link.springer.com/article/10.1007/s10778-019-00954-2

https://link.springer.com/article/10.1007/s10778-019-00960-4

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı