Redmi brendi öz ilk smart qolbağını təqdim etdi | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Redmi brendi öz ilk smart qolbağını təqdim etdi

Elm və texnologiya A- A A+

Xiaomi şirkətinin Redmi brendi Mi Fan Festival tədbiri çərçivəsində özünün ilk smart qolbaq modelini təqdim etdi.

Brendin ilk smart qolbağı Redmi Band adını əldə edib. Beləliklə Redmi Band smart qolbağı 1.08 düym rəngli ekran və ürək döyüntüsünü təyin edən ötürücü ilə təchiz olunub. Smart qolbağın şarj prosesi USB girişi vasitəsilə reallaşdırılır. Bununla yanaşı Redmi Band 5 növ idmanı təyin edir və istifadəçinin yuxu prosesinin monitorinqini reallaşdırır.

Smart qolbağın çalışma müddətinə gəldikdə isə şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Redmi Band 14 gün ərzində çalışa bilər.

Qeyd etmək lazımdır ki, Redmi brendinin ilk smart qolbaq modelində NFC modul yoxdur.

Redmi Band 9 aprel tarixində 14$ qiymətində satışa çıxacaq. 

Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi Mi Band 4 fitnes qolbağı Çində 21$-a satılır.

EdNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...