Niderlandda “5G” qüllələri yandırılıb

Elm və texnologiya 18:16 16.04.2020

Ötən həftə Niderlandda bir neçə beşinci nəsil mobil rabitə (5G) qülləsi yandırılıb. Böyük Britaniyadan fərqli olaraq burada "5G" şəbəkələrinin qurulması və yeni koronavirus pandemiyası (COVID-19) arasında bağlılıq yoxdur.

EDNews.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, Niderlandın bır sıra qrup fəalları radiodalğaların insan sağlamlığına mümkün ziyanı səbəbindən "5G" şəbəkələrinin qurulması əleyhinə çıxış edirlər. Həmçinin bu texnologiyanın tətbiqinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndirilir.

Mobil rabitə qüllələrinin yerləşdirilməsinə nəzarəti həyata keçirən və şəbəkə operatorları, o cümlədən "KPN", "T-Mobile" və "Vodafone" adından hökumət təşkilatları ilə fəaliyyəti koordinasiya edən "The Monet Foundation" Assosiasiyasının direktoru Rob Bongelaar "De Telegraf" qəzetinə müsahibədə deyib ki, yanğından Rotterdam, Lissel, Bisd və Nyunendə yerləşən "5G" qüllələri ziyan çəkib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Liverpul, Birmingem və Mersisayd şəhərlərinin sakinləri "5G" stansiyalarının koronavirus pandemiyasına səbəb olması iddiası ilə onları yandırıblar. "Vodafone UK" şirkətinin nümayəndəsi "The Verge" nəşrinə müsahibədə dörd stansiyanın yandırıldığını bildirib.

Birmingemdə "EE" telekommunikasiya şirkətinə məxsus yandırılmış stansiyalardan biri isə beşinci nəsil mobil rabitə xidmətləri göstərmir.

"Bizim mühəndislər Birmingemdə stansiyalardan birində yanğının səbəbinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Bunun qəsdən yandırılma olduğu müəyyənləşsə - hazırda hər şey məhz belə görünür, biz Uest-Midlends polisinə təqsirkar şəxsin tutulmasına kömək etmək niyyətindəyik. Stansiya Birmingem ətrafında minlərlə abunəçiyə xidmət göstərməklə uzun illər həyati əhəmiyyətli "2G", "3G" və "4G" rabitəsini təmin edir. Biz rabitəni mümkün qədər tez bərpa etməyə çalışacağıq, lakin yanğın böyük ziyan vurub", - şirkət nümayəndəsi qeyd edib.

Yanğınlardan sonra Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Nazirliyi "5G" stansiyalarının guya "COVID-19" ilə əlaqəsi olması nəzəriyyəsini təkzib edən bəyanatla çıxış edib.

Qeyd edək ki, "5G" texnologiyasının qurulması və "COVID-19" pandemiyası arasında əlaqənin olması barədə şayiələr əsasən sosial şəbəkələr vasitəsilə yayılır. "Facebook" və "Nextdoor" şəbəkələrində "5G" texnologiyasının koronavirusun yayılmasına səbəb olması ilə bağlı dezinformasiya dərc edən bir neçə qrup fəaliyyət göstərir. Nəzəriyyəyə görə, Çinin Uhan şəhərində xəstəliyin yayılması orada "5G" stansiyası quraşdırıldıqdan sonra baş verib. Nəzəriyyə tərəfdarlarının sözlərinə görə, məhz stansiya yoluxma mənbəyi olub və virus "5G" şəbəkələri vasitəsilə ötürülür.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Hamısı