Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib | Eurasia Diary - ednews.net

25 Noyabr, Çərşənbə


Azərbaycan İlahiyyat İnstitutu Şuşanın işğalının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirib

Elm və texnologiya A- A A+
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı videokonfrans keçirib. 
Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov çıxış edərək bildirib ki, 8 may 1992-ci il tarixdə erməni silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhəri Qarabağda strateji cəhətdən ən əhəmiyyətli ərazilərdən  biri olub. İşğal nəticəsində Şuşa şəhəri və ətrafında yerləşən kəndlər dağıdılmış, dinc əhaliyə divan tutulmuş, minlərlə insan məcburi köçkünə çevrilərək öz yurdlarından didərgin salınmışdır. 
Erməni vandalizmi nəticəsində Şuşada dini abidələr, qəbiristanlıqların dağıdıldığını qeyd edən Aqil Şirinov dünya ictimaiyyətinə bunları çatdırmaq üçün hər bir vətəndaşımızın əlindən gələni əsirgəməməyə hazır olmasını vurğulayıb. 
Aqil Şirinov daha sonra Şuşa şəhərindəki dini ibadətgahlar və mədrəsələr haqqında da bəhs edib. Nəzərə çatdırıb ki,  Şuşanın hər məhəlləsinin özünəməxsus məscidi olub. O, Şuşa şəhərinin tarixi mədrəsələrindən bəhs edərkən vurğulayıb ki, belə təhsil ocaqlarından  Mirmövsüm Nəvvab kimi ziyalılarımız yetişib.
Videokonfransa qatılan müəllim və tələbələrlə fikir mübadiləsi aparılıb.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...