İnsan və mənəviyyat

Elm və texnologiya 21:46 16.05.2020
Bildiyiniz kimi, insanın həqiqət və mahiyyəti barəsində müxtəlif nəzərlər vardır. Ümumi baxışda iki nəzəriyyə: materialistlər və ruhçuların nəzərləri mövcuddur. Ruhçuların fikirincə, insan cism və ruhdan ibarət bir həqiqətdir ki, ölməklə fani olmur və əbədi olaraq qalır. Dini məntiq, xüsusilə islami mətnlər bu məsələyə dəlalət edir. İkinci nəzəriyyə isə budur ki, bu, bədəndən başqa bir şey deyil və ölməklə tamamilə məhv olur. Bədənin dağılaraq aradan getməsi insan şəxsiyyətinin dağılaraq məhv olması deməkdir.
İnsanın həqiqət və mahiyyəti barəsində belə böyük fikir ayrılığının olmasına baxmayaraq, bu mövzu ilə bağlı digər məsələ barəsində heç bir ziddiyyət və fikir ayrılığı yoxdur. Həmin məsələ bundan ibarətdir ki, mənəviyyat adlandırıla bilən bir sıra qeyri-maddi işlər insana dəyər verir və onu  şəxsiyyət kimi formalaşdırır. İnsanın insanlığı da məhz bu işlərə bağlıdır. Belə ki, əgər bunlar insandan alınsa, onun heyvanla heç bir fərqi olmaz. Başqa sözlə desək, insanın insanlığı onun cismi quruluşu, yəni bir baş, iki qulaq, enli dırnaq və danışmaq kimi xüsusiyyətlərə malik olması ilə deyil. Bəli, bunlar insanlıq deyil. Sədi bu mətləbi öz şeirində belə açıqlayır. Şeirin məzmunu bu cürdür:
İnsan bədəni onun insanlıq ruhuna malik olması səbəbilə şərafətlidir. Bu gözəl paltar adamlıq nişanəsi deyil. Əgər adamlıq göz, dil, qulaq və burunla olsaydı, adamlıqla divar arasında nə fərq olardı?
Əgər insanlıq bu bədənin olmasıyladırsa, hamı anadan adam doğulur. Amma məsələ belə deyil. Adamlıq bir sıra sifət, əxlaq və mənaların mövcud olması ilədir ki, insan onların nəticəsində dəyər və şəxsiyyət əldə edir. Bu gün insanı dəyərləndirən  və onu şəxsiyyət edən, onlar olmadıqda insanın heyvanla heç bir fərqinin olmaması nəticəsini göstərən şeylərə "insani dəyərlər" deyilir.
Elə məhz bu dəyərlərə insan sahib olmaq üçün öz mənəviyyatına fikir verməlidir. Necə ki, insan öz maddi ehtiyaclarına önəm verir. İnsanın mənəvi ehtiyacları da vardır ki, onları da qarşılamalıdır. Əgər bu ehtiyaclardan birinə önəm verib digərini düşünməzsə əsl mahiyyət və həqiqətindən uzaqlaşmış olar.
Biz nəzər saldıqda görürük ki, insana ümumi olaraq "adam" və xüsusi olaraq "insan" deyə müraciət olunan iki kəlmə var. Əvvəldə də qeyd etdiyimiz kimi dili, qulaqları, burnu, başı olan adamdır. Amma insan anlayışı isə bunların fövqündədir. İnsan Qurani-Kərimin və hədislərin dediyi kimi ali bir varlıqdır. O varlıq ki, onda mənəviyyat çeşmələri aşıb daşır. Həmin o insan ki, cəmiyyət onun əlindən, dilindən və belindən heç bir pislik görmür, getdiyi hər bir yerə işıq saçır, daxil olduğu hər bir məclisdə təbəssüm yaradır, dünyada olması cəmiyyət üçün faydalı və xeyirlidir, köçməsi isə faciədir. Məhz bu cür insanlar cəmiyyətləri xilas edə bilərlər. Eyni zamanda cəmiyyətdəkilərində borcudur ki, o insanların dəyər və qiymətini bilsin. Onlara qayğı göstərib qorusun.
Bu sadaladıqlarımıza çatmaq üçün insan gərək daim öz üzərində çalışsın. Çünki Quran məntiqində də bu var ki, insan bir işdən yoruldusa məşğuliyyətini dəyişsin, yəni dayanmasın daim hərəkətdə olsun. Bu cür mənəvi dəyərlərə çatmaqdan ötrü Allah bizə həyatımız boyunca  fürsətlər verir. Onlardan ən mühümü Ramazan ayının hikməti və savabıdır. Hal-hazırda günlərini yaşadığımız Müqəddəs Ramazan ayı mənəviyyat ayıdır. Bu bir fürsətdir ki, insan özünü mənəvi cəhətdən inkişaf etdirsin. Necə ki, idman edərək öz cismini gücləndirir. Bu ay fürsət ayıdır ki, ruhumuzu gücləndirək, ətrafımıza yaxşılıqlar edək, paylaşmağı öyrənək, içərimizdə olan kin, küdurət, paxıllıq və bəzi xoşagəlməyən hissləri atıb yerinə sevgi, mərhəmət, məhəbbət və şəfqət dolduraq. Bu ay bizlərə fürsət verir ki, əsl ləzzət nədir onu dadaq. Ramazan  mənəviyyatımızı, mənəvi əhval-ruhiyyəmizi yüksəltməyə bir vasitədir. Sonda əziz oxucular bunu qeyd etmək istəyirəm ki, əgər mənəvi dəyərlərə çatmaq istəyiriksə, gəlin həmin dəyərlərə vaxt ayıraq.
 
Qorxmaz Paşayev
ilahiyyatçı,
"Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı