Google Asistan istifadəçilərinin əvəzinə alış-veriş edəcək | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Google Asistan istifadəçilərinin əvəzinə alış-veriş edəcək

Elm və texnologiya A- A A+

Alexa və Siri ilə rəqabət aparan Google Asistan yeni xüsusiyyətlərini təqdim etməyə hazırlaşır.

EDNews.net  ted.az-a istinadən bildirir ki, səsli ödəmə xüsusiyyəti vasitəsilə onlayn alış-veriş edənlərin işləri asanlaşacaq. Bu zaman istifadəçilər alış-veriş təlimatını səs vasitəsilə Google Asistana verəcəklər. Şirkət Asistanın təlimatı yanlış anlayıb səhv alış-veriş etməməsi üçün yeniliyi hələlik test mərhələsində saxlayır. Bu zaman ödənişi də insanların əvəzinə Asistan onlayn formada edəcək. İstifadəçinin kredit kartı bilgilərini səsləndirməsi kifayətdir.

Asistan oxşar səsləri də fərqləndirə biləcək. Elektron ticarətin bu növü öncə restoran sektorunda istifadəyə veriləcək.

Bəzi mənbələrdə yeni funksiyanın iyunun 3-dən istifadəyə veriləcəyi yazılsa da, bu barədə rəsmi məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...