Kanadanın Toronto şəhər Təhsil şurasının “Ana dili” sinfinin müəlliməsi Yeganə Cəfərova “Uşaqların tərbiyəsində ailə və məktəbin vəhdəti” mövzusunda video konfrans ilə çıxış edib. Burda 3 saat ərzində çox maraqlı fikir mübadilələri aparılıb.Video konfransda dünyanın dörd bir tərəfindən xanımlar və həmçinin Azərbaycandan bir çox müəllimələr də qoşulub. Qeyd edək ki, bu təşkilatın marifəndirici üçüncü vebinarı olmuşdur.
Təşkilatın qarşısında duran vəzifə maddi-mənəvi irsi, etnik kökləri, adət- ənənələri, dastan-nağılları, milli mətbəxi, geyimləri, musiqini, müxtəlif sənətkarlıq nümunələrini, alətləri, milli kimliyi dərindən öyrənmək və təbliğ etməkdən ibarətdir. Bir sözlə, təşkilatın əsas məqsədi milliliyimizi-folklorumuzu təqdim və təbliğ etməkdir. Təbii ki, Azərbaycanı yaşadığımız ölkələrdə tanıtmaq və sevdirməkdir.