“Üz-çənə nahiyəsinin bəzi patologiyaları hamiləlik vaxtı döldə formalaşır” - BƏƏ-də yaşayan azərbaycanlı mütəxəssis

Elm və texnologiya 13:06 10.08.2020
Üz-çənə nahiyəsində rast gəlinən xəstəliklər, o cümlədən iltihabi proseslər, travmatik zədələnmələr, anadangəlmə və qazanılma qüsur və deformasiyalar, xoş və bədxassəli yeni törəmələr, estetik və funksional pozuntuların diaqnostikası və müalicəsində ağız və üz-çənə cərrahiyyəsinə müraciət olunur. Cərrahiyyənin bu növü tibdə müstəqil bir istiqamət olmaqla yanaşı, eyni zamanda stomatologiyanın da vacib sahəsi kimi qəbul olunur.
 
 
Bu fikirləri Aztibb.az-a müsahibəsində ağız və üz-çənə cərrahiyyəsi üzrə mütəxəssis, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras al Khaimah əmirliyində yerləşən Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, assistant professor, tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim bildirib.
 
 
O, qeyd edib ki, üz-çənə nahiyəsinin bəzi patologiyaları anadangəlmə ola bilir. Bu isə onların hamiləlik vaxtı döldə formalaşdığını göstərir. Ona görə də, üz-çənə xəstəliklərinin profilaktikası ananın hamiləlik dövründən başlayır.
 
 
Alimin sözlərinə görə, yenidoğulmuşlarda üz-çənə nahiyəsində rast gəlinən bəzi patologiyaların qarşısını almaq üçün ana sağlam həyat tərzi sürməli, özünü infeksion xəstəliklərdən qorumalı, vaxtında müayinələrdən keçməli və sağlam qidalanmalıdır: “Bununla yanaşı, uşaqlara ağız boşluğunun gigiyenik prosedurları aşılanmalı, mütəmadi stomatoloq baxışı keçirilməli, çənə anomaliyaları ilə rastlaşmamaq üçün süd dişlərinin vaxtından əvvəl itirilməsinin qarşısı alınmalı və burun tənəffüsü sərbəst olmalıdır. Diş-çənə sistemində anomaliya yarandıqda isə vaxtında həkim-ortodontun müalicəsi aparılmalıdır.
 
 
Üz-çənə nahiyəsində olan damaq və dodaq yarıqları kimi anadangəlmə və qazanılan qüsurların tamamilə aradan qaldırılması üçün görüləcək tədbirlərdən danışan S.Azim bu patologiyanın kompleks yanaşma tələb etdiyini və müxtəlif mütəxəssislərin birgə səyi nəticəsində bu problemin həllinin mümkün olduğunu vurğulayıb.
 
 
S.Azim uşaq yaşlarında diş sırasının əyriliyi və əng deformasiyasının ortodont tərəfindən müalicə olunduğunu bildirib. Qeyd edib ki, əng sümüyünün inkişafdan qalmasını və deformasiyalarını yalnız ortodontik üsul ilə aradan qaldırmaq mümkün olmadıqda prosesə üz-çənə cərrahı da qoşulur.
 
 
O, karioz dişlərin sanasiyasının vaxtında aparılmadığı və buna etinasız yanaşıldığı xəstələrdə, eləcə də immun sistemi zəif olan və şəkərli diabetdə adekvat insulin korreksiyası görməyən xəstələrdə üz-çənə və boyun nahiyəsinin iltihabi proseslərinə daha çox rast gəlindiyini diqqətə çatdırıb.
 
 
Müsahib üz-çənə cərrahiyyəsində geniş tətbiq olunan mikrocərrahiyyə metodları, sümük distraksiyasının virtual modelləşdirilməsi və s. müasir müayinə və müalicə üsulları haqqında da məlumat verib. Bildirib ki, nəticənin uğurlu alınması bu sahə ilə məşğul olan mütəxəssisin, o cümlədən assistentlərin bacarığından, texniki təchizatdan, xəstəyə əməliyyatdan sonrakı dövrdə qulluq və reabilitasiyanın səviyyəsindən asılıdır.
 
 
O, həmçinin BƏƏ səhiyyə sistemində müsbət nəticə verən təcrübələrdən danışıb: “BƏƏ-də uzun illərdir ki, icbari tibbi sığorta sistemi tətbiq edilir. Sevindirici haldır ki, Azərbaycanda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb, artıq 23 şəhər və rayonda həyata keçirilir. Ümid edirəm ki, bu istiqamətdə işlər qısa müddətə bütün ölkəni əhatə edəcək”.
 
 
Mütəxəssis BƏƏ-nin “Medical Health and Sciences” Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında təcrübə mübadiləsini nəzərdə tutan Anlaşma Memorandumunun bağlanması təşəbbüsü ilə çıxış etdiyini qeyd edib. Gələcəkdə bir sıra Avropa universitetləri ilə də belə memorandumların imzalanması üçün fəal iş aparıldığını diqqətə çatdırıb.
 
 
S.Azim BƏƏ-də koronavirusla mübarizədə həyata keçirilən preventiv tədbirlərdən də bəhs edib. Vurğulayıb ki, BƏƏ Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi əməl edir. Xəstəliyin qarşısının alınması üçün qabaqlayıcı tədbir kimi ictimai yerlərdə sosial məsafənin saxlanılması, maskalardan istifadə olunması, əllərin antiseptik məhlullarla təmizlənməsi öz bəhrəsini verməkdədir.
 
 
Sonda mütəxəssis müsahibənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Şəki Şəhər Mərkəzi Xəstəxanasının Ağız və üz-çənə cərrahı Rəşid Yusifova təşəkkürünü bildirib.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı