Yerə doğru beş asteroid yaxınlaşır | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Yerə doğru beş asteroid yaxınlaşır

Elm və texnologiya A- A A+

NASA mütəxəssisləri beş asteroidin bu həftə ərzində Yerə yaxınlaşacağını bildirib. Onlardan ikisi isə planetimizə Aydan da yaxın məsafədə olacaq.

Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, diametrləri 10 və 24 metr arasında olan asteroidlərdən üçü 16 dekabrda yaxınlaşacaq və ən yaxını Yerin 343 min kilometr məsafəsindən keçəcək.

Diametri 6,8 və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaq. Bu asteroidlərdən ən kiçiyi Yerdən 57,1 min kilometr, daha böyük olanı isə təxminən yeddi milyon kilometr məsafədən keçəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...