Türkiyənin “Otokar” şirkəti xarici ölkələrə satmaq üçün “Tulpar” adlı fərqli konfiqurasiyaya malik yeni zirehli döyüş maşını hazırlayıb.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.
Şirkətin Baş direktoru Serdar Görgüç bildirib ki, ixrac üçün hazırda fərqli ölkələrdəki ehtiyacları və alış-satışları izləyirlər.
Hazırda şirkət döyüş maşınının iki fərqli konfiqurasiyasını hazırlayıb. Bunlardan biri yüksək atəş gücünə və modul quruluşa malik “Tulpar”, digəri amfibiya tipli tırtıllı “Tulpar-S”dir.
“Tulpar”ın piyada və komando birliklərinin ehtiyacları istiqamətində dizayn edildiyini söyləyən Görgüç onların fərqli vəzifələr üçün inkişaf etdirildiyini vurğulayıb.
Zirehli vasitələr döyüş maşını, personal daşıyıcısı, kəşfiyyat vasitəsi, komanda-qərargah maşını, təcili yardım, axtarış və xilasetmə və s. konfiqurasiyalarda ola bilər. Qeyd olunub ki, “Tulpar”ın ən sərt iqlim və ağır ərazi şəraitində sınaqları tamamlanıb.