Çin, ABŞ və Avropa alimlərinin araşdırmalarına görə, təxmin edilən 9 milyard dünya əhalisinin 3 milyarda qədəri, 2070-ci ilə kimi səhraların ən isti bölgələri ilə bərabər temperaturda yaşamalı olacaq.
EDNews.net xəbər verir ki, elm adamları gələcəkdə belə isti şəraitə məruz qalan insanların sayının iki dəfə azala biləcəyini də bildiriblər.
Məlumatda qeyd olunur ki, ən ekstremal ssenaridə ABŞ-ın cənub ştatları, xüsusən də Meksika körfəzini əhatə edən hissə, Kanada və Alyaskanın böyük hissələri 2070-ci ilə qədər daha da istiləşəcək.
İqlim üzrə eksperti Tim Lenton açıqlamalarından birində bildirib ki, yaxşı xəbər ondan ibarətdir ki, bəşəriyyət qlobal istiləşmənin qarşısını ala bilsə, bu təsirlər xeyli azala bilər.